Mənə bu nağılın sonunu söylə

Mənə bu nağılın sonunu söylə
Sevgi Dünyası
10.09.2017 12
Mənə bu nağılın sonunu söylə

- Sən nağıllara inanırsan?



- Mənim tək nağılım sənsən...



- Elə isə.... Mənə bu nağılın sonunu söylə...



Sevgi nağılımızın kitabı, eşqlə dolmalıdır bütün səhifələri... Bizim kimi...



Kitabın ilk səhifəsində mənim və sənin şəkilimiz olsun bir-birimizə baxan yerdə.

Hər kəs görsün baxışlardakı sevginin nə demək olduğunu... 

Bir-birimiz sevgi ilə baxaq ömür boyu heç əskilməsin gözlərimizdəki eşq bağı...



Kitabın ikinci səhifəsində mənim səni nə qədər çox sevdiyim haqqında yazılsın... 

Bilirəm,bunu izah etməyə nə lekshikondakı sözlər yetəcək, nə də ki kitabın səhifələri...

Amma qısaca yazılsın ONLAR BİR-BİRLƏRİNİ dəli kimi sevirlər deyə...



Kitabın üçüncü səhifəsində bizim xoş günlərimizin tarixi olsun...17,18,19,20,23,25,27........vəs. 

Bilirəm,bu səhifənin ucu-bucağı olmayacaq... Sənin yanında keçirdiyim hər saniyə mənə xoşdur... 

Bəlkə,bunun adı xoşbəxtlik deyil artıq bütün hisslərin zirvəsində olan bir duyğudur... Sevgi kimi...



Kitabın dördüncü səhifəsində artıq, sevgimiz uğrunda dözdüyümüz çətinliklərdən yazılsın...

Nə qədər qırmışıq bir-birimizi,nə qədər incitmişik amma nəticə eyni nə olur olsun biz həmişə birlikdəyik....



Kitabın beşinci səhifəsində yazdığımız smslər.

Kitabın altıncı səhifəsində danışdığımız dəqiqələr



Kitabın yeddinci səhifəsində tökdüyümüz yaşlar



Kitabın səkkizinci səhifəsində aldığımız hədiyyələr



Kitabın doqquzuncu səhifəsində qurudulmuş güllər



Kitabın onuncu səhifəsində gəzdiyimiz yerlər



Kitabın on birinci səhifəsində düşündüyümüz saniyələr



Kitabın on ikinci səhifəsində verdiyimiz sözlər.... və ...



Sonra bütün şəkillərimiz çap olunsun... 



Dəlilik edib çəkdirdiyimiz,artistlik edib pozlar verdiyimiz...



Oki qaldı kitabın son səhifəsinə... Bax onu verirəm sənə... 



Sonu xoşbəxtliklə bitsin nə olar... İndi olduğu kimi nağılın sonunda da sənin olum... 



Xoşbəxt olaq,hamının yaşamaq istədiyi sevgini yaşayaq... 



Gücümüz heç tükənməsin, biz qalib olaq... 

Nağıllardakı kimi sonu ədalətlə bitsin...





Göydən üç alma düşərək bitir bütün nağılların sonu... 

Bəs bizim sevgi nağılımız necə bitəcək?



Mənə bu nağılın sonunu söylə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!