Gecə həyatım

Gecə həyatım
Sevgi Dünyası
10.09.2017 10
Axşam saat 23:36-dır.Nədənsə hər şey çox darıxdırıcıdır.Maraqlı bir məşğuliyyət tapmaq istəyirəm.Amma nə nə?Ağlıma gecənin bu vaxtı maraqlı əsər oxumaqdan başqa heç nə gəlmir.Daha neyləyə bilərəm görəsən?Bu an yenə həmişəki düşüncələr:yazı yazmaq,dərs oxumaq of yenə də?...Gündəlik təkrar olunanlar.Cəmi 2 gününmüz qalır istirahət etməyə,onu da əlimizdən alanlar ya işimiz olacaq,ya da dərslərimiz.Mənimlə razısız elə deyilmi?Fikirləşəndəki sabah kitabxanaya gedib yazı yazacam sanki bütün dünya başıma fırlanır.Nə qədər boş-boş yazılar yazacam hələ kitablardan?Əməlli-başlı vaxt itkisidi.Gecdi artıq yatmalıyam.Yox nə yatmaq.Budur gözüm sataşdı rəfdəki bir kitaba:"Kor baxıcı Vanqanın sirli aləmi".Neçə vaxtdır almışam hələ vaxt tapıb oxuya bilməmişdim.Artıq saatın əqrəbləri 00:55-i göstərir.Mənsə hələ kitab oxuyuram.Vanqanı oxuduqca bir anlıq onun balacalığının necə aclıq içində keçdiyini öz gözlərimlə gördüm,insanlarla necə təmasda olduğunu gözümün önünə gətiridm.Kitaba o qədər aludə oldum ki,yatmaq bilmirdim.Saatın əqrəbləri sanki mənim əleyhimə işləyirdi.Amma 96 sehife oxudum buna baxmayaraq.Düşündüm yəqin bu gecə Vanqanı yuxuda görərəm,bu da ki,onun haqqında cox düşünməyimdən irəli gəlirdi.Kitabın səhifələrini çevirə-çevirə xəbərim olmadan yuxuya getmişəm oradaca.Aglımda isə bu misralar fırlanırdı:

Gecənin qaranlığı fikri xəyalı

Göydəki ulduzlar necə sıralı

Düşüncələrim məndən çoxmu aralı

Yaman yorur məni düşüncələrim

Həmişə ən çox qoxrduğum qəza metroda vaqonların toqquşmasıdı.Yuxumuda bununla bağlı görmüşəm elə.Yuxuda görürəm ki,oturduğum vaqon birdən dayanır.Vaqonda isə məndən və qrup yoldaşlarımdan 2-3-ü olmaqla heç kim yoxdur.Birdən vaqonu idarə edən qəfildən qışqırır ki,"cəld tərk edin vaqonu!".Mənsə qorxudan nə qaça,nədə ki,qışqıra bilirdim.Xilas olmaq üçün bir yer axtarırdıq,amma nə çarə?Bu an uzaqdan işıq gördüm.Qorxudan özümə yer tapa bilmiridim.Artıq düşünəcək bir şey qalmamışdı geriyə.Qatarın yaxınlaşdıgını görəndə son sözlərim bu oldu "Mən ölürəm".Son məqam,qatar yaxınlaşır,bitdi hər şey.Həmin vaxt telefon zənginə qəfil yuxudan ayıldım."Şükür bu bir yuxu imiş" deyib ayağa durdum.Saat 10 idi.Hazırlaşıb kitabxanaya yazı yazmağa getdim.3 saat yazı yazdım,pilləkənlərlə astaca aşağıya düşdüm.Yol aldım evə tərəf.Çox yorğun idim.Ayaqlarımdakı sözümə baxmırdı.Evə çatan kimi yemək yeyib,birbaşa otağa keçdim,səhərin açılması  ümidiylə yuxuya getdimmm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!