Hər şey yalan imiş

Hər şey yalan imiş
Sevgi Dünyası
10.09.2017 19
Sənə
nifrət edirəm! Ümidlərimi aldın, xəyallarımı puç etdin. Bu nifrətə
layiqsən! Məni məndən aldın, məni səndə yaşatdın və məndəki səni
öldürdün! Hər şeyi öldürdün sən! Hər şeyi məhv etdin! O gözəl
hisslərimi, `sənli` gələcəyimi, arzularımı, hər şeyi...Sənə nifrət
edirəm! Bu nifrəti bilə - bilə, özün yaratdın. Sənə nifrət edirəm! Artıq
hər gevə sənə qovuşmaq üçün dua etmək əvəzinə sənə lənə oxuyuram. Məni
yenə və yenə aldatdın! Mənə öz cılızlığını, səviyyəsizliyini göstərdin
sən! Özünü mənim qabağımda HEÇƏ çevirdin sən! Sənə nifrət edirəm!
Əvvəllər, yadındadı, səni görən kimi gülüb, necə sevinərdim, yolunda
əriyərdim mən sənin! Amma indi...İndi səni görən kimi yolumu
dəyişdirirəm. Sənin o hiyləgər baxışlarını görməmək üçün səndən qaçıram!
Sənə nifrət edirəm! Özünü bu qədər sevdirdiyin üçün! Canımın bir
parçası, aldığım nəfəs olduğun üçün! Hər zaman olduğu kimi bu dəfə
`məni` səndə unutmadım! Bu dəfə xilas etdim özümü səndən! Sənin çirkin,
yalan vədlər dolu sözlərindən, iyrənc əməllərindən. Sənə nifrət edirəm!
Heçə dönmüsən artıq məndə! Böyük bir heçə! Eşidirsən məni? Artıq heçsən
mənim üçün. Yolunda əriyən qız, eşqindən ölən, səni dəlicəsinə sevən qız
deyir bunları. Artıq sevmirəm səni. Sənə nifrət edirəm! Oyandım artıq!
Sənin bir yuxu, nağıl olduğunu anladım! Gec də olsa anladım...Gec də
olsa öldürdüm məndəki səni! gec də olsa başa düşdüm:



HƏR ŞEY YALAN İMİŞ!

Gec də olsa...SƏNƏ NİFRƏT EDİRƏM!!



Yaxşı ki, sonradan tanıdım səni,

Yaxşı ki, ömürlük aldanmamışam..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!