Sadəcə hekayə...

Sadəcə hekayə...
Sevgi Dünyası
10.09.2017 10
Bilirsiz
insanı ən çox nə yandırır? Yolunuzla düz gedirsiniz, dümdüz, səkidə,
heç kimə, heç nəyə maneçilik törətmədən, sonra bilirsiz nə olur? Bir
sürət həvəskarının amansızca qurbanına çevrilirsiniz, o deyirlər ki,
olacaqdan qaçış yoxdur filan, axı daha aşağı sürətlə gedə bilərdi, bəlkə
də, onda mən ayaqüstə olardım, hal-hazırda dərsə hazırlaşardım, final
essayıml bitirərdim, gələn həftə hər kəs kimi imtahanlarımı verərdim,
kim bilir, bəlkə də, o çox istədiyim scholarshipi alardım,
ama mən bunun yerinə əməliyyata hazırlaşıram, iynələrdən bədənim
deşik-deşik olub, hər zaman iyrəndiyim, qaçdığım xəstəxana mühitinin tam
ortasında ümidsizcə, sızlaya-sızlaya günlərimin keçməsini gözləyirəm,
hər zaman qoruduğum məğrurluğumun yerini indi aciz bir sima alıb,
utanıram, ən çox da valideynlərimin gözümün önündə düşdükləri vəziyyəti
görmək, atamın heç tanımadığım göz yaşlarının şahidi olmaq, bax bunlar
məni sızım-sızım sızladır, bilirsiz səbəb nədir? o maşını sürən oğlan
2cə dəqiqə tələsirmiş və o ikicə dəqiqənin qurbanı olan mən, mənim
ailəm,siz deyin indi dəyər o çox həvəskarı olduğunuz sürətlərə?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!