Hər işdə bir xeyir var

Hər işdə bir xeyir var
Sevgi Dünyası
10.09.2017 26
Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır.Gəmidən sağ xilas olan adamı dalğalar kiçik, kimsəsiz adaya qədər sürüyür.Adam ilk günlər onu qurtarması üçün Allaha yalvardı və kömək tapmaq ümidiylə üfüqə baxdı.Amma nə gələn oldu, nə gedən.Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlarından bir daxma tikdi.Sahildə tapdığı gəmidən geriyə qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.Günlər həmişə eyni şəkildə keçirdi.Balıq ovlayır, bişirir yeyir, üfüqü müşahidə edir və özünü qurtarması üçün Allaha dua edirdi.Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü.Tüstü rəqs edə-edə göyə yüksəlirdi.Başına gələ biləcək ən pis şey idi bu.Kədər və hirs içində dondu qaldı.İndi bu kimsəsiz adada başını sala biləcəyi bir daxma belə qalmamışdı."Allahım bunu mənə necə etdin"-deyə fəryad etdi.O gecəni kədər və üzüntü içərisində keçirdi.O qədər dua etdiyi halda başına bu hadisə gəldiyi üçün Allaha sitəm etdi.Ertəsi səhər erkən saatlarda adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı.Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu:"Mənim burda olmagımı necə anladınız?".Cavab onu həm çaşdırdı, həm də utandırdı."Tüstüylə verdiyiniz işarəni gördük".Bəzən başımıza gələn pis hadisələr Allahın bizə lütfü ola bilər.Odur ki, hər şeyə səbr edib, şükr etmək lazımdır."Hər işdə bir xeyir var!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!