Ümid

Ümid
Sevgi Dünyası
10.09.2017 5
Dörd şam sakitcə yanırdı.Otaqda səssizlik olduğu üçün şamların pıçıltısı eşidilirdi.Qapının arxasında dayanan uşaq diqqətlə onların söhbətini dinləyirdi.Birinci şam:"Mən sülhəm ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir.Nə qədər yanmaq istəsəm də bilirəm ki sönəcəyəm"- dedi və səssizcə söndü.İkinci şam "Mən səmimiyyətəm.Ancaq deyəsən heçkimin mənə ehtiyacı yoxdur.Artıq yanmağımın da bir mənası qalmadı"-dedi və sönərək qaranlıqlara qərq oldu.Üçüncü şam "Mən sevgiyəm ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.İnsanlar hətta öz yaxınlarını belə sevmirlər.Ona görə də mənim yanmağımın da mənası yoxdur"- dedi və bir göz qırpımında söndü.Pıçıltıların kəsildiyini görən uşaq içəri girdi.Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.Dördüncü şam yumşaq bir səslə uşağa təskinlik verərək "Qorxma nə qədər ki mən yanıram heç bir şam sönə bilməz.Çünki mən ÜMİDƏM"-dedi.Gözləri parıldayan uşaq ÜMİD şamını götürərək o biri şamları yandırdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!