Qorxu və cəsarət

Qorxu və cəsarət
Sevgi Dünyası
10.09.2017 9
Сəsarəti Qorxudan soruşdum.Bildiyi bütün pis sözləri və qarğışları sərf etdi onun ünvanına.Sonra başladı gileylənəməyə  :

"Onu  görüm,bir də görməyim.Onun ucbatından bu hala düşmüşəm.Neçə yerdən qovulmuşam.Mən ki,ali təhsilli  qorxuyam.Diplomum da var ! HU-dan.Hisslər Universitetindən.Özü də fərqlənmə ilə.Ancaq o cəsarət- O heç nədir.Dərsə də vaxtında gəlməzdi.Bir dəfə nə oxuyardı,o da yadında qalardı.”

Sonra qorxu ağlamağa başlayır.Onu sakitləşdirmək də istəmirəm.Artıq  o elə bir hala gəlir ki,mənim getdiyimi də hiss etməyəcək hala gəlir.O vaxt səssiz-səmirsiz onun yanından uzaqlaşıram.

Səhəri gün Cəsarətdən Qorxunu soruşdum.Gülümsədi.Qorxunun əksinə,o xoş sözlər danışdı.:

"Hə,qorxu.O olmasa mən nəyə lazımam ki...Onsuz mən yoxam.Qorxu olmasa cəsarət nəy lazım ?! ”

"Axı onun səndən xoşu gəlmir.”

"Mən də Qorxu  olsaydım Cəsarətə nifrət edərdim”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!