Sayıqlayacağın adı tap!

Sayıqlayacağın adı tap!
Sevgi Dünyası
10.09.2017 5
(Kompilyativ hekayə, Çexovun "Qara Rahib” inə)

" Günahın doğulmaqdır, yaşamaqdır.” Yuxumda ilk dəfə gördüyüm bir müəllimlə, bir ustadla danışıram. Əvvəlcə bir cümlə və bir səs eşidirəm, ancaq səsin cinsini müəyyənləşdirməyə vaxtım olmur, ya da ki, bu haqqda düşünməyə imkanım. Sonra həmin səsin, həmin cümlənin sahibi görünür, qadın sakit səsi ilə əzəmətlə danışır:

- Bədbinlik, sıxıcılıq yavaş- yavaş çıxıb gedəcək. Elə bir zaman gələcək ki, əbədi zövqün nə olduğunu dərk edib ruhunun, bədənin şiddətli ağrılarından qurtulacaqsan. Gözünə görünən bütün maddi varlıqların təbiəti, bütün mənəvi məfhumlar sənə yeni kəşf olunmuş daxili bir qüvvə kimi ilhamverici təravəti ilə apaydın görünəcək. Ruhun və bədəninlə ləzzətin hər gün, hər saat, hər an yenilənən ali və müdam naxışlarını quracaqsan. Şeytani ehtirasdan tamamilə qurtulub həqiqi nəşələnmənin məsuliyyətsiz cavabdehi, sahibi olacaqsan və bunu sənin kimi yüzlərlə, minlərlə insan yaşayacaq. Ancaq bunları yaşamaq üçün ilk işin günahını dərk edib onun erkən yaranışındakı bütün şəraitin və qanunların ziddini reallaşdırmaq olacaq.

- Günahım nədir?

- Günahın həyat adlı bu xaosla ruhunun toxumalarını, həqiqi və yeganə varlığını məhv eləməkdir.. yaşamaqdır. Həyat eşqinlə həqiqi nəşələnmənin bir- birinə yad olduğunu anlamaq və ruhundakı qabıqdan sıyrılıb qurtulmaq üçün əzab çəkməlisən.. ani və dəhşətli əzab.

- Bu necə olacaq? Mən başa düşmürəm.

- Səni həyata gətirən şəraitin tamam əksinə təqəddüm etməlisən. Nə vaxt doğulduğunu xatırlayırsan?

- Bunu necə xatırlaya bilərəm?

- Bunu mən deyə bilmərəm… İnsanlardan və çoxluğundan uzaqlaş. Ölümə ciddi- ciddi uyğunlaş. Qorxu və sevinc səni eyni anda dəhşətə gətirməlidir. Gözlərin təkəbbürdən yaşarmalı və bundan ilham aldıqca sevinməlisən. Özündən yeni bir əfsanə uydurmalısan və bunu uydurduğundan xəbərin də olmamalıdır. Bu, sadəcə vasitədir… Adını sayıqlayacağın adamın adını tapmalısan. Bu, sənə ölüm tavanında lazım olacaq.

Yuxu bitir. Qadın dumanlanıb yoxa çıxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!