Amma yenə də

Amma yenə də
Sevgi Dünyası
10.09.2017 11
Əgər
sən də mənim kimi nə vaxtsa tanımadığın evlərin işıqlı pəncərələrinə
baxıb, heç kimin ağlına gəlməyəcək hekayələr uydurmusansa gecə küləyinə
qoşul və gəl...İsti çayım var, bir az söhbət etmək üçün yaxşı
havadır... 



Bu gecə mənə bir şam yandır sevgili, duana qarışdır məni...



İnsanın həyatda unudulmaz bir dostu olur, bir zamanlar ona "Sabah nə
edirik??? " demiş mükəmməl bir dost... Onunla dünyadakı hər kəsi boş
verib, sevgi axtarmadan, cəsarətli azadlıqlarla cəhənnəmin dibinə də
qorxmadan gedə bilərsən.Onunla heç vaxt, heç kimin anlamayacağı, anlaya
bilməyəcəyi mükəmməl zarafatlar edə bilərsən.Gecə yarısı şəhərin
küçələrinə çıxıb məhəllənin orta yerində sübh namazı qıla bilərsən,
ulduzlu bir gecədə onunla danışmadan bölüşə bilərsən bir çox
şeyi...Xətri qalmasın deyə bişirdiyi dadsız omleti yemək kimi Ya da acı
bir kofe... Çox acı bir kofe...



Heç vaxt gəlməyəcəyini düşünənlər var sevgili, gəl onları birlikdə "yuhlayaq", əks halda tək təbrik etməli olacağam..



Ən xoş xatirəmsən,

Mənim bu axşam.

Ən ağrılı dərdim.

Ən uzaq ölkəm....



Bu çətin günlərdə məni tək qoyacaq qədər qəddarsan, eyni anda mesaj göndərmək üçün küləyi seçəcək qədər kübar...



Bəzən darıxmaqdan başqa əlindən heç nə gəlməz...

Və bir də bir uzağı gözləmək...



Gəlməyəcəyin bütün hallarda gözləmək, inanmaq, yazmaq...Səni heç vaxt
görmədən, tanımadan, üzünün hər cizgisini əzbər bilirmişcəsinə. Sənin
üçün darıxmaq, nə vaxtsa haradasa möhkəm-lap möhkəm
sarılmışcasına...Səni sevmək.Unudulmuşcasına...



İndi daha fərqli biri...

İndi daha qətiyyətli, daha öz güvənli və dəqiq...

....Və bir az hər şeydən uzaq...



İnsanlar 3 qrupa ayrılır sevgili...

1-ci nə istədiyini bilən və əldə etmək üçün əlindən gələni edən.

2-ci nə istədiyini bilməyən amma əldə etmək üçün əlindən gələni edən.

3-cü nə istədiyini bilən amma əlindən gələni etməyən....



Mən hər zaman birinci idim, hələ də birinciyəm...Sənsə hələ də 3cüsən...



Əlləri günaha batmış,dodaqlarından qan damlayan...Dünyanın min bir
çirkabında dəfələrlə mənliyini satmış,ucuzlaşmış,alçaldılmış bir insanın
"xoşbəxt olmaq" istəməsi kimisən sevgili...

Çarəsiz...Qeyri-mümkün!...Amma yenə də mənim...



Bəlkə nə vaxtsa eyni anda bir-birimizi düşünmüşük.Bunun üçün məni nə
vaxtsa, həyatında bir neçə saniyə düşünmüş olmağın kifayət edir...



Qırmızı dodaq qırmızı filter tüstülər 

Bədən soyuqdan dona bilərmiş istidə 

Tənhalıq, depressiya, vahimə, soyuq tər 

Xatirələr, köhnə məktublar, bədxəbər 

Alkoqol narkotik lirika preparatlar

Radioda vals Vaston qarışıq həyatlar, 

Qarışıq saçlar, geyim, qarışıq işləri 

Və pridona ayaq basan növbəti müştəri 

Süni gülüşlərin, qısa öpüşlərin 

Sənə pul qazandıran saatla görüşlərin

Hər gün görürəm səni nə qədər alçalmısan, 

Qırışıb əllərin sən demə qocalmısan..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!