Hər şey səndə gizli...

Hər şey səndə gizli...
Sevgi Dünyası
10.09.2017 6
Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər
yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər
gəncsən. 

Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən.
Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin.
Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər
yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.



Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər
güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən.
Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər
verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və
sevgilinə həsrət qaldığın qədər ona yaxınsan. Unutma! Yağış yağdığı
qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız
hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən.
Özünü gözəl hiss etdiyin qədər gözəlsən.



VƏ BUDUR HƏYAT!

VƏ BUDUR YAŞAMAQ!



Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər
nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.

Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər
sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər
bilərsən.

Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!