Xoşbəxlik...

Xoşbəxlik...
Sevgi Dünyası
10.09.2017 19
XOŞBƏXTLİK: Yayın ən istisində sərin bir dənizdədir, bir agac kölgəsindədir.



XOŞBƏXTLİK: Yalın ayaqla qaçılan nəmli çəmənlərdədir.

XOŞBƏXTLİK: İsti bir günün sonunda əsməyə baslayan sərin bir yeldədir.



XOŞBƏXTLİK: İncə belli stəkanda içilən dəmli çayın dadındadır.

XOŞBƏXTLİK: İzah edilən bir lətifənin ardından gələn qəhqəhədir. İzlənən bir filmdə tökülən gözyaslarıdır.



XOŞBƏXTLİK: Günün ilk aydınlığında, gecənin son qaranlığındadır.

XOŞBƏXTLİK: Ananın oxsayışında, atanın baxışında, körpənin gülüşündə, sevgilinin toxunmasındadır.



XOŞBƏXTLİK: Düşünüldüyü zaman gülümsədən uşaqlığa dair bir xatirədədir.

XOŞBƏXTLİK: Bir kitabda, bir jurnalda görülən bir sözün əzbərlənib dəfələrlə deyilməsindədir.



XOŞBƏXTLİK: Sevdiyin üçün, heç bezmədən bəslənən ümiddədir.

XOŞBƏXTLİK: Bir çiçəyin yarpağında, bir kəpənəyin rəngarəng qanadındadır.

XOŞBƏXTLİK: Günəşin sarısında, gecənin qaranlığındadır.



XOŞBƏXTLİK: Məsafədən asılı olmayaraq sevgini böyüdə bilməkdədir.

XOŞBƏXTLİK: Kiçik bir dalaşmadan sonra kimin haqqlı olduğunu düşünmədən sevgiliyə deyilən "səni sevirəm" sözündədir.



XOŞBƏXTLİK: Savaddadır. Hər şeyi öyrənəbilmə səyindədir.

XOŞBƏXTLİK: Bir eşq mahnısının melodiyasındadır. Yuxuya gedərkən oxunan romanın səhifələrindədir.



XOŞBƏXTLİK: Acılarına, hüznlərinə, çətinliklərinə baxmayaraq, qayğısızca və bağıraraq "yaşayıram" deyə bilməkdədir.

XOŞBƏXTLİK: Bölüşməkdir,azadlıqdır,inanmaqdır,fədakarlıqdır,dinləyə bilməkdir,hörmət etməkdir.



Sizcə nədir XOŞBƏXTLİK???скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!