Gizlənən sevgilər

Gizlənən sevgilər
Sevgi Dünyası
10.09.2017 10
Bu yazı gerçək bir eşq hekayəsini izah etməkdədir və yazıların hamısı aşiq cavanın gündəliyindən alınmışdır:



10. sinif

İngiliscə dərsində yanımda bir qız otururdu onun üçün 'mənim ən yaxşı
yoldaşım' deyirdim ... amma mən onun ipək kimi saçlarına baxıb onun
mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə
baxmırdı bunu bilirdim, dərsdən sonra qalxdı və keçən gün sinifdə
olmadığı üçün o günün qeydlərini istədi ona qeydləri verərkən mənə
təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi
bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini
bilmirəm amma çox utanırdım ...



11. sinif

Telefonum çaldı, axtaran O idi və ağlayırdı mənə aşan necə ürəyini
qırdığını izah etdi, məni evinə çağırdı, tək qalmaq istəmədiyini
söylədi, məndə təbii ki getdim, kresloya, onun yanına oturdum, gözəl
gözlərinə baxmağa başladım və onun mənim olmasını dilədim, 2 saat sonra
Drew Barrymore ' un bir filmi başladı və onu izlədik filmi izlədikdən
sonra yatmağa qərar verdi, mənə hər şey üçün təşəkkür etdi və yanağımdan
öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu
çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım
...



Son sinif

Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və "çıxdığım uşaq
xəstə və partiyaya gələ bilməyəcək" dedi, mənimdə çıxdığım biri yox idi
və 7. sinifdə bir-birimizə söz vermişdik əgər çıxdığımız biri olmazsa
partiyalara birlikdə gedəcəkdik, "ən yaxşı yoldaş" olaraq. Və partiyaya
birlikdə getdik, o axşam çox gözəl idi, hər şey yolunda getdi,
partiyadan sonra onu evinə qapısının önünə qədər buraxdım, qapının
qarşısında ona baxdım o da mənə o gözəl gözləriylə gülümsəyərək baxdı.
Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə
baxmırdı bunu bilirdim, mənə "həyatımın ən gözəl zamanını keçirdiyini"
söylədi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi
bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini
bilmirəm amma çox utanırdım ...



Günlər, həftələr, aylar keçdi və məzuniyyət günü gəldi çatdı ...

Davamlı onu izlədim onun mükəmməl bədənini seyr etdim. Diplomatiyanı
almaq üçün səhnəyə çıxarkən sanki havada süzülən bir mələk kimi idi.
Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə
baxmırdı bunu bilirdim. Hər kəs evinə getmədən əvvəl yanıma gəldi və
ağlayaraq mənə sarıldı sonra başını çiynimə qoydu və "sən mənim ən yaxşı
yoldaşımsan, təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş
olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə
bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...



Aradan illər keçdi ...

Bir kilsədəyəm və o qızın nigahını izləyirəm ... bəli artıq
evlənirdi, onun "bəli, qəbul edirəm" deməsini, yeni həyatına girməsini
izlədim, başqa bir adamla evli olaraq. Onun mənim olmasını istəyirdim
... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Yeni
həyatına girmədən əvvəl yanıma gəldi və "nigahıma gəldin təşəkkürlər"
deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini
istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm
amma çox utanırdım ...



İllər çox tez keçdi ...

Bu an mənim bir zamanlar ən yaxşı yoldaşım olan qızın tabutuna
baxıram, əşyaları toplanarkən lisey illərində yazdığı gündəliyi ortaya
çıxdı ... Dərhal gündəliyini götürdüm və gündəlikdə oxuduğum sətirlər
belə idi ...



"Onun gözlərinə baxaraq onun mənim olmasını dilədim ... Amma o mənə
mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Onu yalnız yoldaş
olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə
bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ... Kaş ki mənə məni bir
dəfə sevdiyini söyləsəydi ... "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!