Qismət deyilmiş....

Qismət deyilmiş....
Sevgi Dünyası
10.09.2017 24
 
 
Sağlıqlar deyildi çığır bağırla

Üşüyən qəlbinə girən oldumu?

Gözündən qəlbinə düşən cığırla

Axan göz yaşını görən oldumu?



Sağlıqlar uzandı səhərə kimi

Çalıb oynadılar kef elədilər

Çırpıb pillələrə son ümidini

"Vağzalı” üstündə dəfn eylədilər



Son umid! O mənim gərəyim idi…

Yoluna şam tutdu neçə qız-gəlin.

Şam deyil, o mənim erəyim idi

Son dəfə yanırdı yolunda sənin
Getdin…o köhnə yol nur yolu idi

İzin düşən yerdə gül açmadıki?!

Özgəylə keçirdin o yolu indi

Ayağın altından yer qaçmadıki?!



Bu yollar nə yaman vəfasız imiş,

Niyə çiliklənib tökülmədilər

Düşüb qədəminə hər yoxuş eniş

Niyə ürəyimə çəkilmədilər?!



Başına gül-çiçək səpdilər o gün

Alışan qəlbinə su səpmədilər

"Get” deyib alnından öpdülər o gün

Sınıq taleyini düzəltmədilər?!



Güldün…

Gülüşünün ömrü çox qısa

Bir həsrət axırdı qanından sənin.

Orda bütün yerlər tutulmuşdusa

Yerim görünürdü yanında sənin

Dünən toyun idi…

Xoşbəxt olasan!

Görünür bu bizə qismət deyilmiş

Unut!

Elə bil ki,

Sevdiyin oğlan

Getdiyin oğlanmış

Qismət deyilmiş…!



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!