Budur qarşılıqsız sevmək...

Budur qarşılıqsız sevmək...
Sevgi Dünyası
10.09.2017 15
Bir ümidlə çıxarsan yola,qarşına manelər çıxar...

Mahnılar
dinləyərsən,şeirlər yazarsan,amma təəssüf heç biri başlamamış sevginin
başlanğıcı ola bilməz.Sonra düşünərsən ki,niyə olmadı niyə axı?...



Niyə həmişə mən deyə fikirləşərsən,ancaq ətrafına baxdıqda sənin kimi çox insan olduğunu görərsən...Bitdi artıq bu qədər deyərsən,onu görmək belə istəməzsən,amma buda özünə söz verdiyin bir yalandır...

Bir otaqda tək qalanda ilk ağlına o gəlir və oturub düşünərsən olsaydı necə olardı?...



Gecə olanda yuxunda onu görərsən,səhər oyananda isə onunla oyanarsan.Yenə həyatına nifrət edərsən.Sənin olmadığı üçün!

Amma nə vaxt ki,onu görsən və ya gəldiyini hiss etsən əlin ayağına
dolaşar,həyacanlanarsan,çünki onu sevirsən.Aranızda bir sevgi başlamasa
da,onu gördüyün an ürəyin həyacanla döyünər,heç kim o döyüntüləri
saxlaya bilməz.

O həmişə sənin həyatında olur.Bəzən ürəyinə təsəlli etməyə çalışarsan ki,yaxşı ki olmadı.Olsaydı necə olacaqdı ki?Ancaq bu sözlər yalnız ürəyini incidə



Səni sevirəm hə səni sevirəm,qarşılıqsız olduğunu bilə-bilə sevirəm,sənin məni sevmədiyini bilə-bilə sevirəm səni.



Niyə deyə soruşma,çünki inan mənə bu sualı özümə çox verdim.”Nə üçün?” 

dedim "nə üçün?” sevirsən,nəyə görə bu qədər qürursuz ola bilirsən?



Əgər
sevmirsə icazə ver getsin,hara getmək istəyirsə.Bəlkə sevdiyi var,icazə
ver sevdiyinə getsin.Niyə belə edirsən deyə özümə çox sual verdim,amma
cavab tapa bilmədim.Çünki inan məndə bilmirəm niyə?Məndə bilmirəm səni niyə bu qədər çox sevdiyimi...Nə üçün unutmaq istəmədiyimi...



Əzab
çəkərək səni sevməkmi,yanında olmamaqmı,sənə toxuna bilməməkmi,mənə
baxıb gülümsəməməyinmi səbəbləri səni bu qədər sevməyimin?Sualları
kimdən soruşmaq lazımdı bilmirəm...Səndənmi,yoxsa söz keçirə bilmədiyim
ürəyimdənmi soruşum?Artıq sualların mənası da yoxdu,çünki yalnız bunu
bilirəm ki,Səni çox Sevirəm



Belədir qarşılıqsız sevmək...

Gecən gündüzlə birləşər,yatmaq sənə çox uzaq olar.Sən ilk addımı
atmısan,amma o əlini uzatmayıb sənə...Əgər hələki sevirsən,gözləməlisən
başqa seçimin də yoxdur..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!