Bir rüzgar ol...

Bir rüzgar ol...
Sevgi Dünyası
10.09.2017 12
Bir rüzgar ol

fısılda qulağıma eşq sözcüklərini...

Bir ümid ol

açıl sabahıma günəş şəfəqləri kimi...

Bir arzu ol

böyü bətnimdə, doğul sevindir qəlbimi...

Bir qələm ol

yazdır mənə qədərimi

Bir dünya ol

çərçivəsiz ol, azad burax mənliyimi...

Bir bulud ol

al məni sonsuz səmalarına

Bir yağmur ol

islat duyğularımı, çırp üzümə ilıq damlalarını...

Bir nəfəs ol

gül qoxusu ilə doldurum ciyərlərimə

Və qorxum içimdəki səni dışa buraxmaqdan...

Bir çiçək ol 

tikanlarını ovucumda basdırım

bəlirləsin qırmızı xətlərlə yaşam gerçəyimi...

Bir Tanrı ol 

duyur varlığını

əlim uzanarsa səmalara

tutacağına inandır,

inanım sonsuza gedən yolların sənə çatacağına...

Bir məna ol

içində səni tapım

hər sətrində hürrə qovuşum...

Bir adam ol 

göstər adamlığın ötəsini...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!