Təkliyə düçar

Təkliyə düçar
Sevgi Dünyası
10.09.2017 8
Təklik olduqca qaranlıq bir anlayışdır. Çünki
təklik insanın onu necə yaşadığına bağlıdır.

Təklik bəzən dinclikdir insan üçün, bəzən kədər. Bəzən qorxudur, qorxduğudur,
qaçdığıdır. Bəzən insanın öz özünü axtarışıdır bütün həyatı boyunca.

Təklik öyrədər insana bilmədiklərini, başqa insana necə möhtac olduğunu, çünki
insan ictimai bir varlıqdır və istəsə də qopa bilməz digər insanlardan,
möhtacdır onlara. Səbəbi də sadədir, həyatı qiymətli edən şey onu bölüşə
bilməkdir.

İnsan tək qalmaq istəməz əslində, çünki təklik narahat edər insanı, çünki
insanın özünü yarım hiss etməsinə səbəb olar . Nə xoşbəxtliyi tam olar, nə də
kədəri. Çünki bölüşə bilməz bunların heç birini və bölüşə bilməyincə də heç bir
şeyin mənası qalmaz. Gözəlliyi gözəl edən onu bölüşə bildiyimiz kəslərin olmasıdır.

Zamanla insan öz-özünə təslim olar təkliyə, çünki tək çıxış yolu təklik kimi
görünər. Bəlkə başqalarından qaçdığı, qorxduğu və ya onlardan bezdiyi üçün,
bəlkə də yalnız dinclik tapa bilmək üçün, ancaq səbəb nə olursa olsun bəzən
təkliyi seçər insan. Çünki, çox sevilməsə də, hər nə qədər insanlar tək qalmaq
istəməsələr də, bəzən insanın tək sığınacağıdır təklik. Bəlkə də bunun səbəbi
insanın təkkən əslində özünü tapmasıdır. İnsan təkliyindəki boşluğu özü ilə doldurar. Ancaq yenə də, təkliyin soyuq qolları hər
nə qədər ilkin fərahlıq versə də insana, zamanla bu fərahlığın yerini dondurucu
bir soyuq alar.

Təklik bir səhraya bənzər bəlkə də. O ucsuz-bucaqsız qumlar sənin üçün bir şey
ifadə etməyən və sənin də onlar üçün bir şey ifadə etmədiyin insanlardır. Ancaq
o səhrada bir yerlərdə yaşıl bir vahə vardır və o vahə insanın təkliyinə son
verəcək olandır. Ancaq o vahəni tapmaq üçün əvvəl o səhranı aşmaq lazımdır,
çünki səhra vahəni mənalı edəndir.

Təklik ən böyük ağrını
isə, güzgüyə hər baxdığında artıq öz üzündən başqa bir üz görə bilməyəcəyini
bildiyində, ən çox sevdiyinin artıq olmadığını bilə-bilə yaşamaq
məcburiyyətində qaldığında verər insana.Çünki təklik insanın xoşbəxt olduğunda
gözlərindəki işığın əks olunmasını bir başqa insanın da gözlərində görə
bilməməsidir. Çünki təklik kədəri yalnız özünlə paylaşa bilməyindir. Ancaq yenə də təklərin dilini yalnız təklər bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!