Sular hisləri yumur, ata

Sular hisləri yumur, ata
Sevgi Dünyası
10.09.2017 13
O məşhur telefon zəngi bu dəfə də üzünü güldürdü bu adamın:

- Hə, qızım...

- Atamcan, səni gözləyirəm e... 15 gündü...

- Sabah gəlirəm, cücəm. Nə alım gələndə sənə?

- Həmişə aldığıdan al, atamcan.

- Baş üstə, qızım. Öpürəm səni. Sabah gəlib özüm yatızdıracam səni, cücəm.

 

***

- Ana, atam niyə gəlmir?

- Birazdan gələcək, can balam. Gəl, o çatana kimi süfrəni hazırlayaq. Hamımız bir yerdə yemək yeyərik.

- Ana, bax televizora. Orda nəsə yanır.

***

Aparıcı
danışa bilmir, göz yaşları imkan vermir sözlərini bitirməyə... Ana
aşağıda yazılan, güclə sezilən sözləri oxuyurdu ki, gözlərini
yumub-tökdü. Atasının "cücə"si əlifbanı hələ bilmirdi deyə, orada
yazılanları oxuya bilmədi. Amma artıq hamı danışırdı... ""Günəşli"də
ölənlər..." "Suda batanlar..." "İlahi, o ailələri başsız, yetim
qoyma..."

***

Atası
gəlmədi həmin gün. Qızının zənginə "can, qızım” demədi o gün. Ata
canını dərin dəryada tapşırdı həmin gün. "Cücə"sinə istədiklərini ala
bilmədi...

***

"Ata,
sənə yazması üçün anamdan xahiş etdim. Yadında, səni necə qucaqlayıb
yatırdım? Üzündən öpmədən yuxuya gedə bilmirdim. Səni yaşıl rəngli böyük
bir şeydə apardılar. Onda üzündən, gözlərindən öpdüm. Hiss eləmişdin?
Ata, cavab ver. Səsin üçün darıxmışam. Ata qoxusunu istəyirəm yenə.
Atacan, bu məktub sənə çatsa, gəl gecə yanımda yat. Elə soyuqdu ki,
burdakı yatağın. Böyüklər danışanda eşitmişəm, torpaq da soyuq olur. Sən
həmişə yuxuya gedəndə güclə dartıb gətirdiyim adyalı bu dəfə məzarına
gətirdim. Atamcan, sənsiz elə çətindi ki... Bağçaya atası ilə gələn
uşaqlara baxmaq yox, əllərindən tutub, səni onlara göstərmək istəyirəm.
Ata, anam yazdıqca çox ağlayır. O da darıxır. Sənsiz ikimizin də sağ
tərəfi boş qaldı. Səni yuxuda görmək üçün ikimiz də tez yatırıq. Amma
gəlmirsən yuxularımıza. Ata, axı sular insanın hisslərini yuya bilmir.
Bizi unutmamısan, bilirəm. Bax, qar da yağır bayırda. İndi kiminlə
qartopu oynayım? Pəncərədə oturub o uşaqlara baxmaq istəmirəm.
Şəkillərimizə baxıram arada... Biz necə oxşayırıq, ata. Amma şəkillərlə
yaşamaq çox çətindir. Həmişə əlinlə ürəyini tutub, "ağrıyır” deyirdin.
Nə çətin imiş, insanın axtardığını yerində görə bilməmək. Sən mənim hər
şeyim imişsən ki, ata... Arada küsüşürdük səninlə. Küs məndən, ata, amma
gəl yanımda qal, uzağa getmə. Mənə dərindən bax. Öz əllərimlə torpağına
düzdüyüm o güllərlə bax mənə. Səni nə qədər çox istədiyimi, sənsiz
keçən günlərimin ağırlığını hiss et... Bu gecə yuxuma gəl, ata, qucaqla
məni, öp doyunca. "Canım qızım” de mənə. Mən də "atam mənim, canım atam”
deyib sarılım boynuna. Çox darıxıram səninçün. Başa düşürsən? Çox
darıxıram...”   ( Nərgiz Nənə)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!