Kimlərin xəyanətinə göz yummaq olmaz?

Kimlərin xəyanətinə göz yummaq olmaz?
Sevgi Dünyası
10.09.2017 22
Psixoloq Azad İsazadə deyir ki, cəmiyyətdə xəyanətə həmişə rast gəlinib. Xəyanəti yaradan səbəblər də çoxdur. Amma o, psixolojidən daha çox, sosial problemlər üzündən baş verir: "Xəyanət bir az dəb xarakteri də alıb. İnsanın bir balaca imkanı çoxdursa, harasa gəzməyə gedirsə, hesab edir ki, mütləq qıraq qadınla yaxınlıq etməlidir. Ümumiyyətlə, 90-cı illərdən keçmiş SSRİ məkanında istər kişilərdə, istərsə də qadınlarda real seksual inqilaba oxşar vəziyyəti görürük. Bu inqilab Azərbaycana da təsir edib. Qadınların özlərini daha sərbəst hiss etməsinə, xəyanət yollarına əl atmasına daha tez-tez rast gəlməyə başlamışıq. Bu gün cəmiyyətdə xəyanət edənlərin sayı artıb. Bu mənim şəxsi fikrimdir. Axır illərdə daha çox xəyanət edənlər isə kişilərdir".

Psixoloq hər kəsin xəyanətə eyni cür yanaşmadığını deyir: "Elə insanlar var xəyanəti bağışlayır, elə insanlar da var ki, bağışlamır. İnsan var ki, bir dəfəni bağışlayır, amma deyir ki, bir də təkrarlanmasın. Elə insan da var ki, deyir ki, əşşi, eybi yoxdur, harada gəzsə də, onsuz da evə qayıdır da. Burada bağışlayın ya da bağışlamayın resepti vermək düzgün deyil. Düzgün qərarı insan özü qəbul eləməlidir". Xəyanət açılananda isə daha kəskin reaksiyanı kişilər göstərir: "Qadınlar çox vaxt buna göz yumur. Kişilər arasında da xəyanəti bağışlayanlar olur. Bunu hər kəs özü maliyyə, sosial, uşaqlara, işə görə və s. səbəbdən qəbul edir. Kimin üçünsə cəmiyyətin rəyi daha vacibdir. Kimin üçünsə cəmiyyətin fikri ümumiyyətlə vacib deyil. Amma sözsüz ki, xəyanəti qəbul edib-etməməkdə təkcə bir amil - cəmiyyətin fikri rol oynamır. Bəzən kiminlə xəyanət edilibsə, o da əsasdır. Yaxın dostdursa, yaxın rəfiqədirsə, yaxın qohumdursa, belə xəyanətə reaksiya daha kəskin olur. Hansısa şəhərdə olan təsadüfi tanışdırsa, ona bəlkə də bağışlayıb göz yummaq olar".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!