Xəyanət dəbə çevrilir

Xəyanət dəbə çevrilir
Sevgi Dünyası
10.09.2017 21
Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.

Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün "daşdan keçən" bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı. Çünki qadınını Türkiyəyə qazanc arxasınca göndərən "kişi" onun təkrar ailəsinə dönməyinə etiraz eləmədi və eləməyəcəkdi də. Ailə yükünü çəkməkdən özünü azad edən "kişi" qadınını bilərəkdən xəyanətə yönəltməklə oradan qazanılmış pulları daha üstün tutdu. Bu hekayətdə qəribə heç nə olmadığını düşünəcəksiniz. Çünki artıq ətrafımızda belə nümunələr gündən-günə artmaqdadır və biz bu nümunələrə az qala laqeydləşirik. Bu gün xəyanəti bağışlayan kişilər də var, ailəsini dolandırmaq adı ilə rahatlıqla xəyanətə əl atan qadınlar da. Biz bunlara da haqq qazandırmağa başlamışıq.

Bəs, ailələrdə nə baş verir?

Niyə xəyanət bu qədər bizə yaxın olub?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!