Getmə..Biraz daha qal

Getmə..Biraz daha qal
Sevgi Dünyası
10.09.2017 13
Getmə bir az daha qal..Getmək
üçün doğru zaman deyil. Yoxluğunda səni yazmaq xoşbəxt etmir məni,
inan, yazıb yazıb sildiyim onlarla cümlələr qədər etmə varlığını. Heç
əzbərləyə bilmədim üz cizgilərini, biraz gözlə, biraz daha izləyim heç
olmasa. Lənətə gəlsin ki, zaman tam da lazım olduğu anda sürətlə keçir,
ehtiyac olduğunda dayanmır. Sən dayan heç olmasa. Götürmə
əllərinin istisini əllərimdən, biraz daha qalsın... Bir də fikir vermə
mənə, nə edəcəyimi bilmirəm. Bu şəhərin yağışlarında bir daha islanmamaq
təlaşı var içimdə. Olmadığında o küçələrə "biz"i görmək üçün getmək
düşüncəsi indidən narahat edir məni. Ən yaxşısı inandır məni bunlara bir
gün öyrəşəcəm deyə. İnandır, doğrudan da, sən olmadan hər şey daha da
pis olmayacaq, başqa kimsəni bu qədər önəmsəyə biləcəyimə inandır məni. Razıyam, amma sən ola biləcək birini göstər, sonra get.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!