Şübhə

Şübhə
Sevgi Dünyası
10.09.2017 14
Ağaclara
güvənə bilərsən...Çünki nə alma ağacı armud gətirər, nə də armud ağacı
alma... Ağaclara güvənə bilərsən...Çünki çarəsizcəsinə budaqları altına
sığındığında səndən üz çevirməz...Nə buludlardan tökülən yağışın, nə də
Günəşdən süzülən istinin önünə atmaz səni...Sən getmədikcə getməz
səndən. Qoruyar...Budaqlarıyla, yarparlarıyla iri gövdəsiylə hiss
etdirər sənə əzəmətini...Eləcə də heyvanlara güvənə bilərsən...Turan
dünyasının simvolu olan bozqurdlar məsələn...İnsanlarladost
olarlar, amma başqa heyvanlar kimi insanlara tabe olmaz, kölələşməzlər.
Çünki bozqurdlar yemək qarşılığında sahibinə yaltaqlanmaqdansa, hürr
bir şəkildə aclıqdan ölməyi üstün tutarlar... Onlar məğlub olarlar, amma
əyilməzlər, öldürülərlər, amma diz çökməzlər, ovlanarlar, amma həbsə
düşməzlər...Bəs insanlar?...Insanlara güvən varmıdır?...Insan övladı
yeganə canlıdır ki, sənin üzünə gülərkən arxasında gizlətdiyi xəncərdən
xəbərin belə olmaz...Saxta sözləri, saxta düşüncələri gerçəyinə o qədər
yaxın olar ki, fərqi hiss edə bilməzsən. Əslində kiçik bir sirr verə
bilərəm sizlərə...Fərq özü 3 səbəbdən hiss olunmaz. Birinci və ən əsas
səbəbi, sən özün bu fərqi hiss etmək, duymaq istəməzsən. Içdən-içə hiss
etdiyin andan etibarən həyatının alt-üst olmağından qorxarsan. Ikincisi,
həyat təcrübən bu yalanı gerçəyindən ayırmağa yetməz. Üçüncüsü isə
tamamilə qarşındakı insanın saxtalığı əks etdirmədəki təcrübəsindən
asılıdır... Ki bunu nə həyat təcrübən, nə də sən ayırd edə
bilərsən...Lakin bu 3 səbəbin də ortaq nöqtəsi vardır. Səbəbi nə olursa
olsun, bir dəfə insanların nə qədər təhlükəli olduğunu duydunmu,
hislərin bəlkə də ən qorxulusu əbədiyən həyatına girər...ŞÜBHƏ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!