Kor insana görmə neməti necə qayıtdı?

Kor insana görmə neməti necə qayıtdı?
Sevgi Dünyası
10.09.2017 33
Uməş
nəql edir: "Mədinədə qaradərili kor bir qadın gördüm ki, insanlara su
verirdi və deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə
için". Bir müddət sonra onu Məkkədə gördüm ki, insanlara su paylayır və
deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə su için. O kəsin
iftixarı ilə ki, görməyimi mənə qaytardı".

Yaxına getdim və görməyinin necə baş verdiyini ondan soruşdum.

Qadın dedi: "Bir gün bir kişi mənə dedi: "Ey kəniz! Sən Əli ibni Əbutalibin (ə) azad etdiyi və onun dostlarındansan?".

Dedim: "Bəli".

Dedi:
"Allahım, əgər bu qadın düz deyirsə və Əli ibni Əbutalibə (ə)
sevgisində sadiqdirsə, görməyini ona qaytar". Allaha and olsun ki, bu
duadan sonra görməyə başladım. Allah görmə nemətini mənə qaytardı. Həmin
kişiyə dedim: "Sən kimsən?".

Dedi: "Mən - Xızıram. Mən - Əlinin (ə) davamçısıyam""скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!