İbrətli hekayə

İbrətli hekayə
Sevgi Dünyası
10.09.2017 4
Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır.

Mir
Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı. Şah Abbas
öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb
deyir: "Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir.
Ona görə atını çapıb bizdən irəli düşüb". Mir Damad Şaha belə cavab
verir: "Şeyx Bəhaidə günah yoxdur. Onun atı, belində bu cür alimi
gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən
irəli keçib".

Sonra
Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: "Mir
Damadı görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə
özünü kənara çəkib, bizdən arxaya qalıb". Şeyx Bəhai isə belə cavab
verir: "Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm və əxlaqının
ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin
yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən
geri qalır".

Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!