Dini hekayə

Dini hekayə
Sevgi Dünyası
10.09.2017 9
Hədisdə var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü
onun yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər
biri ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə
deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu:

−Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək?

Buyurdu:

−Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.

Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu:

− Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır.

Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi:

−Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır.

Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu:

−Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!