Niyə gülürsən qoca?

Niyə gülürsən qoca?
Sevgi Dünyası
10.09.2017 10
Əynində
çirkli, cırıq pal-paltarı, paltarlarından daha kirli, tük basmış,
qırışmış üzü var idi. Bakının izdihamlı küçələrindən birində yerdə
əyləşib öz-özünə qəhqəhə çəkərək gülürdü. Bununla
sanki bütün diqqəti özünə çəkməyə çalışırdı və bunu çox gözəl də
bacarırdı. Ətrafındakı hər kəs maraqla ona baxır, hətta bəziləri onun
qarşısından ötüb keçdikdən sonra belə çevrilib bu səhnəyə baxmaqdan
özünü saxlaya bilmirdi. Mən
bir az kənarda dayanıb baş verənləri diqqətlə izləyirdim. Qarşımdan
keçən insanların bu qoca haqqında sözlərin hər birini eşitməyə,
qaçırmamağa çalışırdım. Bəzilərinin
bu qocaya yazığı gəlir, bəziləri ona baxıb gülür, ona dəli damğası
vururdular. Amma məni ən çox düşündürən kiçik bir qız uşağının anasına
verdiyi sual oldu: "Ana o nəyə gülür?” Bəlkə də elə bu sual məni ona yaxınlaşmağa vadar etdi. Görəsən o nəyə gülür? Niyə görə bu sual məni kimi digər insanları da maraqlandırmırdı?



Hər
kəs, – elə mən özüm də – onun nəyə güldüyünü düşünmək yerinə, ən asan
yolu, onu dəli adlandırmağı seçmişdik. Ya da onun halına
təəssüflənməyi. Bəlkə həqiqətən də qocanın gülməyə maraqlı bir səbəbi var? Bəs nə idi bu səbəb? Bu fikirlərin müşayiəti ilə qocaya yaxınlaşdım. Çöməlib onunla üzbəüz dayandım. Ətrafımdakıların
maraq dolu baxışlarını üzərimdə hiss edirdim. Ancaq onların nə
düşündüyündən daha çox qocanın niyə güldüyü maraqlandırırdı məni. Öz-özünə nəsə pıçıldayır, sonra başını təsdiqləyirmişcəsinə sallayır və bərkdən gülürdü.

Yavaşca onun əllərinə toxundum. O başını qaldırıb mənə baxdı. Bu baxış bədənimi bir anlıq iflic vəziyyətinə salmışdı. Onun
çökmüş, sönük gözlərindəki kədəri ən ürəkdən gələn gülüş belə gizləyə
bilməzdi. Baxışlarımı onun gözlərindən yayındırıb əlimlə onun kirli,
dərisi büzüşmüş əllərini ovuşdurdum:

– Nəyə gülürsən, ay dayı?



Gözləri
doldu, gülümsəyən dodaqları büzüşdü, üzündəki qırışlar sanki
birdən-birə ikiqat artdı. Sanki bir neçə saniyə əvvəl qəhqəhəylə gülən
qoca deyildi. Sakit,
xırıltılı səsində, parkda oynayan digər uşaqlardan küsüb, kənarda
büzüşüb duran bir uşağın küskünlüyü var idi. Cavabı isə valideyni
tərəfindən məzəmmətlənib qaranlıq zirzəmiyə qapadılan uşağın "birdə eləməyəcəm” deməsi qədər saf idi:

– Səbəbini desəm, onu da əlimdən alacaqsız axı…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!