Onunla boşluqları dolduracam

Onunla boşluqları dolduracam
Sevgi Dünyası
10.09.2017 10
Basqa
birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu
nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə "anlayıram”
deyəcək… Səni misal gətirəcəm hər hadisədə, "o elə edərdi”, "o bunu
deyərdi”kimi ifadələrlə… səni unutmadığımı hiss etsə də sözlərimdə,
içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək… 

Mən də yola verəcəm, sənsiz bütün həyatımı… Bəlkə mən də onun üçün
birisi olacam, bəlkə onun böyük, bəlkə də ilk sevgisi olacam… O sən
olmayacaq, səni əvəz etməyəcək, edə bilməyəcək… Hər dəfə sözümüz düz
gəlməyəndə, ya sənli xatirələrdə boğulduğuma dözüb-dözüb partlayanda
dalaşacağıq, amma evdən çıxıb təklikdə gəzdiyim anlarda, ondan küsülü və
ayrı qaldığım anlarda onun üçün deyil, sənin üçün darıxacam… Birisi
olacaq, onu sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini,
aldadacam özümü… Onunla birgə belə səni yaşayacam yoxluğunla… Birisi
mütləq olacaq bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya
bilmədiklərimi, qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam
gecələri… Hər dəfə yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi
soruşacaq, bəzən cəsarət toplayıb"onu düşünürəm” deyəcəm, bəlkə də"heç…”
deyib qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan,
bütün qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı
tökəcəm… Sən başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi
olacaq, bir daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə
bir gün onu sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm,
güman ki, qəbul edəcək… Ona verə biləcəyim hər şeyi verməyə çalışacam,
sevgisinə qarşılıq, sırf sənin mənə qarşı etdiklərin kimi… Ondan dünyaya
gələcək qızımın saçlarında, gözlərində axtaracam sənə aid izləri, bəlkə
sənə olan sevgimə qarşılıq Allah mənə sənə bənzəyən bir övlad verər
deyə ümidlə gözləyəcəm daim səndən olmasını arzu etdiyim qızımı… Birisi
mənim həyatımın tamı olacaq, sevgimdən başqa hərşeyim olacaq… Onunla
boşluqları dolduracam… Ona daim yalan danışacam,hətta gülümsəməyim də
yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola
bilməyəcək…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!