Sənli xatirələrim

Sənli xatirələrim
Sevgi Dünyası
10.09.2017 14
Unutmaq lazımdır artıq bizə əzab verən xatirələri...Amma hər"unutdum artıq” dedikdə Bakının küləkləri xatirələri üzümüzə vurar. Baxdığın filmlər, dinlədiyin musiqilər, gəzdiyin küçələr hər şey O”nu
xatırladır sənə. Sən yenə üzülürsən, yenə ağlamaq istəyirsən , amma
boğazın düyünlənir, qəhər içində boğulursan. O xoşbəxtdi deyir, gülür,
heçnə olmamış kimi davam edir həyatına. Yaşanmış sevginizi isə çoxdan
unudub.



Tərk edən gedər... Geridə qalan isə bir ömr qəlbi qırıq qalar.

Sən çırpınarsan, unutmaq, qəlbinə hökm etmək istəyərsən, unutduğunu
sanarsan və o zaman... Küçədə gördüyün birini O”na bənzədərsən yolda
sürətlə, böyük bir həyacanla addımlarsan, sanki qəlbin yerindən
çıxacaqmış kimi... Amma çox təəssüf ki, bu sadəcə bir bənzətmə olar.

Ya da bir gün bütün cəsarətini toplarsan, bəzi etirafları etməyə hazır olarsan, həyəcanını boğub O”na zəng edərsən... Və " Bu nömrəyə zəng çatmır...” bütün hisslərin məhv olar.

O profilinə yeni şəkillər yükləyər, sən o şəkillərlə danışmağa
başlarsan, göz yaşlarınla birgə,amma O yenə səni eşitməyəcək...

O”nunla gəzdiyin küçələr sönüb sanki. Xarabalığa bənzəyir.

Nə O”ununla birgəykən olar, nə də onsuz olmaz. Artıq hisslər
tükənir, qəlbindəki sevgində küsüb sənə.O”nu görəndə sürətlə döyünən
qəlbin belə artıq heç nədən məmnun deyil..

O”ndan sonra həyatında olanlarda axtararsan O”nu.. Amma nə O”nun
kimi gülər, nə O”nun kimi danışar..Sən yenə O”nun üçün darıxmağa
başlarsan.

Bəzən çox darıxarsan və saatlarca rəsimlərinə baxıb ağlarsan, ya da sönülü olan nömrəsinə"Bəlkə cavab verər..” ümidi ilə zəng edərsən...

Sən ağlarkən yenə O yanında olmaz, sadəcə 4 divar, sən, qaranlıq otaq və O”nu sənə xatırladan"sizin mahnınız”...

Qovuşmaq mümkün olmur, "Ammalar, Kaşkilər, Valideynlər” mane olur...

Xeyli zaman keçər yaşanan o nostalji hisslərdən... Geriyə sadəcə
illərdir toz bağlamış xatirələr və bir neçə rəsimlər qalar...

Bu zaman ərzində sən bir şeyi anlarsan. Bundan sonra heç kim O olmayacaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!