Xoş gələr amma gedişi heç də xoş olmaz

Xoş gələr amma gedişi heç də xoş olmaz
Sevgi Dünyası
10.09.2017 3
Xoş
gələr. Amma gedişi heç də xoş olmaz. Sevdiyin deyər, özünü sevdirər,
ürəyinə yatar. Hər bir xasiyyətinə aşiq olarsan. Eşq gözünü o qədər kor
edər ki, səhvlərin görməzsən. Görsən belə, xoş gələr səhvi sənə.
Səhvlərin gizlədərsən. Qurban verərsən sevginə.. Amma o, özünü mükəmməl
zənn edər. Sanki dünyada bundan başqası yoxdur. Günahkar biz olmasaq da,
səbəbkar bizik. Biz onları qudurduruq.



..Və bir gün bezərlər xoşbəxtlikdən. Bizdə tapdıqları hüzur onlara çox gələr, qaldıra bilməzlər bu

xoşbəxtliyi. Sonra qəlbən tərk edərlər sevənləri.Amma getmək üçün
doğru zamanı gözləyərlər. Bir bəhanə, bir səbəb... Tapan kimi də
arxalarına belə baxmadan gedərlər. Getsələr də, bir gün o xoşbəxtliyi
heç kimdə tapa bilməzlər. Can yandıraraq xoşbəxt olmaz heç kim. Allah
var, ədaləti var... Gedənlər miras qoyar yalnızlığı. Qalanlaran isə tək
miras xatirələr olar, gözəl günlər olar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!