Vazkeçdim səndən, bağışla, qurban sənə

Vazkeçdim səndən, bağışla, qurban sənə
Sevgi Dünyası
10.09.2017 74
Bəzi şeyləri xatırladan nə çox şey varmış ətrafda. Keçmişə bənzəyən bir üz, gülümsəmə, bir səs, nə bilim, bir ətir. Həm, bəlkə, o küçələrdə addımladıqca yenidən hiss olunacaq çox şey. Bəlkə, bir başqa bədənlərdə unutmağa çalışdığım şeylər, əksinə daha çox xatırlanacaq. Keçməyəcək heç bir şey, bəlkə də, amma mən ondan vazkeçdim daha. Onla əlaqəli tutunduğum ümidlər yoxdu artıq. O deyə oyandığım səhərlər deyil də, bundan sonra əsası ona dair hər şeydən vazkeçməyi bacaracağım günə oyanmaqdı artıq. "O" deyə bir şey yoxdu, sadəcə hiss etdirdikləri, bundan yazılan cümlələr, yuxunun olmadığı gecələr var, bir də bir-iki üzümü gülümsətən və daha çox üzən şeylər, amma daha o deyil. Vazkeçdim. 

- "Vazkeçdim səndən, bağışla, qurban sənə."



© Jeihun Safarliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!