Danışdıqca qanayırsan, qanadıqca ağrıdırsan

Danışdıqca qanayırsan, qanadıqca ağrıdırsan
Sevgi Dünyası
10.09.2017 8
Haradasan , nə edirsən görəsən indi? Hə, doğurdan, ən son bu gün gördüm səni.. indi də oturub bir dənizin sahilində.. düşünürəm səndən qalan tanış məni.. mənim bədbəxt, boynu bükük, damı uçmuş , təktərəfli xatirələrim.. hərdən düşünürəm, həqiqətən yanımda idinmi o vaxtlar? Yoxsa elə lap əvvəldən yaşamışdım xəyalınla ?ağlım almır, qəlbim danır, damarımda qanım donur gerçəklərə... Necə tuta bilirsən sənə uzanan yad əli? Sınsın sənə toxunan əllər, Sınsın belinə sarılan qollar. Necə öpə bilir incə dodaqların o adamın dodağını? 

Həzm etməli olduğum şeylərim var.. əzilirəm tab gətirmir ürək buna.. iyrənc qoxan nəfəsimdə içkilərin acı dadı.. otururam saatlarla dinləyirəm dostlarımı.. üzlərinə qışqırıram içdən içə. "yetər, bəsdir, danışmayın onun haqda!".. danışdıqca qanayırsan , qanadıqca ağrıdırsan.. Ya gəl sarı yaralarımı, ya rədd ol get ürəyimdən.. ya gəl sarı bədənimi, ya cəhənnəm alsın səni..amma getmə.. çıxıb getmə başqasının yastığına..



Mesude Jabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!