Get bir az da başqa ürəkləri qır!

Get bir az da başqa ürəkləri qır!
Sevgi Dünyası
10.09.2017 14
 
Artıq sonuna gəldik.
Sonsuz olacağımızı söyləyə söyləyə bitirdik özümüzü. Dəli kimi sevdiyimizi söyləyə söyləyə bitirdik. Halbuki mən həqiqətən sonsuza qədər sevə bilərdim səni, həm də dəli kimi.
Amma artıq bitdi.
İndi içimdə böyütdüyüm o günahsız körpə olmadığını bilirəm. İndi mənə etdiklərin üçün özümü aldatmaqdan, özümə səni bağışladacaq bəhanələr tapmaqdan, səni hər vaxt ürəyimdə, ürəyimə qarşı qoruyub gözləməkdən imtina edirəm. Sənə duyduğum o ana şəfqətindən imtina edirəm.
Bir eşq deyil bir döyüş idi yaşadığım. Bilirəm bunu.
Özümlə döyüşdüm mən. Özümü sənə inandırmaq üçün məcbur etdim. Gəlməyişlərinə, sevməyişlərinə, yalanlarına özümü razı salmaq üçün, sənin sevginlə özümü aldatmaq üçün, bir nağılı yaşadığımıza inanmaq üçün döyüşdüm.
Özümə məğlub oldum sonunda. Sənə deyil.
İndi içimdəki bu döyüşü bitirirəm.
Bir gün bu döyüşün bitəcəyinə, sevginin buna dəyəcəyinə olan inancımı, gözlərindəki saxta eşqi buraxıb əllərinə, özümə yalnız həyatımı alıram. Sənsiz yaşanmayacağıma inansam da, səndən həyatımı ayırmaqda çətinlik çəksəm də, artıq səninlə döyüşməyə güc tapa bilmədiyim həyatım əllərimdə, gedirəm.
Sənin qalib başladığın bu eşqdə, yenilə yenilə səni məğlub etməyi öyrəndiyim bu döyüşdə, səni içimdə məğlub edirəm.
Artıq bitdi özümlə döyüşüm.
Məğlub oldun içimdə
Hesabda İsə
Mən - 1 Sən - 0
-Biz bitdik artıq,
Get bir az da başqa ürəkləri qır!
 
 


Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!