Darıxdığım kəs...

Darıxdığım kəs...
Sevgi Dünyası
10.09.2017 6
Son gedişindən sonra, ilk
dəfədir səni görürəm, ilk dəfədir sürətini izləyirəm.İllər uzunu, üzünə
həsrət qalmışdım, dərdimin yaradılış səbəbi.Heç dəyişməmisən gözəl üzlü
övliyam. Siyah saçlılarını yana töküb, mavi gözlərinlə uzaqlara baxırsan
yenədə. Amma baxışlar ögey, bu səfər çox təhlükəli.

-Nədən böylə üzgün, nədən böylə pərişan?...

Elə bir əda ilə baxırsan ki ətrafa, sanki məndən qeyri nəsə itirmisən, özlü yollarda. 

Kimlərdən ayrı düşmüsən, nələri unutmusan?

- Zülfündə ayrı bir qoxu, başqa bir oxşama gəzib sanki. Əminəm, nə
badi-səbadan, nədə şanədəndir. Küləklərin işi deyil, çox güman, özgə
əllərin nəvazişidən doğur bu seçilmə...

- Sənin öz dünyan var idi axı, gözlərinin dərinliklərində kök salmış
dünyan. Kim çıxartdı onu üzə, bu qədər dayaz olmağın yaraşmır
gözlərinə. Səliqəli baxışlarını, dağınıq hisslərlə əcr etmisən. 

~Cismini ruhunla əvəz etsən, üzündəki yaraların fərqinə vararsan.
Bilirəm məni düşünmürsən, amma düşündüyün insan yaxşı biri deyil.
Güzgüyə deyil, özünə baxsan anlarsan doğru söylədiyimi. Yəqin məndən
apardığın eşqidə qırışdırmısan...

- Sənin kimi zalım üməraya, bu ürəyi əmanət etməli deyildim. - -
Eynimdə əfsər paltarı, qayıdıram yenə atıldığım yerə. Bilsəm dönməzdim
bu şəhərə, bilsəm... Əslində bilirdim burda olduğunu, bilirdim gəlib
uzaqdan cisminlə tək tərəfli söhbətləşəcəm... Amma bacarmadım, dözə
bilmədim, çünki bu dəfə daha çox özlədim səni...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!