Ürəyim

Ürəyim
Sevgi Dünyası
10.09.2017 43
Suya həsrət gülə bənzər ürəyim,

Qəmə möhtac dilə(1) bənzər ürəyim.



Yenə qəm karvanı yollarda qalıb,

Çaya irməz selə bənzər ürəyim.



Üzü gülmür,niyə pəjmürdə halım,

Şana görməz telə bənzər ürəyim.



Neçə vaxtdır,qəmi pünhan çəkirəm,

Odu sönmüş, külə bənzər ürəyim.



Qəmə, Mövlud,dözəcəksən nə qədər,

Dinə bilməz dilə bənzər ürəyim



Mövlud Ağammədскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!