Sevdim sadəcə

Sevdim sadəcə
Sevgi Dünyası
10.09.2017 25
Mənli
əziyyətlərin, mənli peşmanlıqların bitdi artıq. Dilədiyincə azadsan...
Mavi səmanın altında istədiyin ölkələrə qanadlana bilər ürəyin...
Dilədiyin mövsümlərdə dəli tərəfindən islana bilər gözlərin... Mənə
çıxan bütün yolları ünvan dəftərlərindən sil artıq.. Adımın üzərini
qalın hərflərlə işarələyib qaldır məni xatirələrinin ən tozlu
rəflərinə... Mənə dair tək bir sətir qalmasın , tək bir cümlə olmasın
dodaqlarında..

Madam sənə acı çəkdirirəm, madam mən səndə peşmanlığı xatırladıram
burax bitsin bu əziyyət.. Mən sənə acı çəkdirmək üçün gəlməmişdim.. Ağır
yaralı ürəyinə ümid deyə girmişdim halbuki.. İndi səndə " qanayan
peşmanlıq " olmuşkən unut məni. ..Hiç yaşanmamış say yaşananları.. Mənli
xatirələrin üzərinə qaranlığı ört və bağla bütün pərdələrini..... 



Mənə qatdıqlarını, mənə buraxdıqlarını yığ ürəyimdən...



Sənə gəldiyim yollardan getməyi də bilərəm mən.... Ehtiyac yoxdur "
ən yaxşısına sən layiqsən " sözləriylə ovudulmuş aşmış cümlələrə... Mən
bilərəm tozlu yolları.... Gedirəm, ayrılığın qəniməti olaraq bütün
xatirələri yandira bilərsən.

Mənli bütün yaşananları da unuda bilərsən... Artıq sözə ehtiyac
yoxdur... Getməliydim amma bu qədər erkən deyildi.. Gedirəm bir bədəndə "
ürəksiz " yaşamağı öyrənməyə gedirəm.. Gedirəm mübtədası oğurlanmış
cümlələrdə sənə " susmağa " gedirəm....Hər şey bitdi artıq. ..



Və hər şey bitmişkən, sənə get deməyəcəyəm....

Sevdim sadəcə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!