Cənazəni tez dəfn edin

Cənazəni tez dəfn edin
Sevgi Dünyası
10.09.2017 11
Əbu
Hureyrə (s.a.v) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir:
"Cənazəni tez dəfn edin. Əgər saleh bəndədirsə, onu xeyrə çatdırar, yox
əgər belə deyilsə, çiyninizdən şəri atmış olarsınız.” Buxari və Müslim
rəvayət etmişdir. ( Buxari: Cənazələr ? 1252. Müslim: Cənazələr ? 944.
Tirmizi: Cənazələr ? 1015. Nəsai: Cənazələr ? 1910. Əbu Davud: Cənazələr
? 3181. İbn Macə Cənazələr barəsində varid olanlar ? 1477. Əhməd:
2/240. Malik: Cənazələr ? 574. )



Bu hədis özündə üsul (əsas) və ikinci dərəcəli məsələləri ehtiva edir. 

"Cənazəni tez dəfn edin” sözləri onun yuyulmasını, kəfənlənməsini,
daşınmasını, dəfn olunmasını və bütün hazırlıq işlərini şamil edir. Buna
görə də həmin işlər hamıya vacib deyildir. Yalnız dəfni gecikdirmək
daha məsləhətli olarsa, istisna hal kimi qəbul olunar. Məsələn, qəfləti
ölüm zamanı bir müddət gecikdirilə bilər ki, onun ölməsi dəqiqləşsin.
Həmçinin çox adamın gəlişi, haqq sahibi olan qohumun və başqalarının
iştirakı cənazənin gec dəfninə səbəb ola bilər. Vəfat etmiş şəxsi daha
xeyirli nemətə çatdırmaq, yaxud sağ adamı şərdən uzaqlaşdırmaq üçün
məsləhət dəfni tezləşdirmək məsləhət görülmüşdür.



Əgər vəfat etmiş şəxsin dəfni üçün hazırlıq işlərinin tezləşdirilməsi
əmr edilirsə, onun borc və haqlar ilə bağlı işləri daha sürətli həll
edilməlidir. Çünki onun bu məsələlərin həllinə daha çox ehtiyacı var.

Hədisdə bir müsəlmanın digərinin işlərinə həm sağlığında, həm də
vəfatından sonra qayğı ilə yanaşmasına, dini və dünyəvi xeyri ona
çatdırmasına təşviq edilir. Hədisdə həmçinin şərə səbəb olan əməllərdən
və günahkarlardan uzaqlaşmağa təşviq olunur.



Hədisdə bərzəx ( Bərzəx: İnsanın ölümündən sonra qiyamətə qədər
yaşadığı qeyb aləm.) həyatının nemətləri və əzabı öz sübutunu tapmışdır.
Bu barədə Peyğəmbərdən  çoxsaylı rəvayətlər varid olmuşdur. İnsanın
qəbirə qoyulub dəfn edilməsi bu işin başlanğıcı sayılır. Buna görə də
dəfn edilən vaxt qəbirin yanında dayanıb ölüyə dua etmək, onun üçün
bağışlanma diləmək və Allahdan ona sabitlik istəmək lazımdır.



Hədisdə həmçinin bərzəx həyatında nemət və ya əzaba səbəb olan
məsələlərə toxunulur. Qeyd olunur ki, nemətə səbəb salehlikdir. Çünki
Peyğəmbər  buyurur: "Əgər saleh olarsa...” Salehlik sözü Allahı və Onun
Peyğəmbərini təsdiqləməyi, Onlara itaət etməyi əhatə edən geniş mənalı
sözdür. Şəriətin söylədiklərini təsdiqləmək, əmrlərini yerinə yetirmək
və qadağalarından çəkinmək salehlikdir. Əzaba düçar olmağın səbəbi isə
salehlikdə nöqsanlı olmaqdır. Bu ya dinə şəkk-şübhə ilə yanaşmaqla,
yaxud haram iş görməyə cürət etməklə, ya da vacibləri tərk etməklə baş
verir. Hədis və rəvayətlərdə vurğulanan əzaba layiq görülən bütün
səbəblər də bura aiddir. Buna görə də uca Allah buyurur: "Ora ancaq
azğın (kafir) daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz
döndərər!” (Leyl: 15, 16). O, şəriətin söylədiklərini yalan hesab etdi
və əmrlərdən üz çevirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!