Halallıq

Halallıq
Sevgi Dünyası
10.09.2017 6
Birr
nəfər Məkkəni ziyarət edərkən müqəddəs Kəbə evinin yanında eyni duanı
təkrar edirmiş: "Ey düzgün bəndələrə yardım edən, haramdan çəkinən
bəndələri qoruyan Allah!”.



Yaxınlıqdakı bir nəfər onun sözlərini eşidib soruşur: "Sən başqa dua bilmirsənmi? Niyə eyni duanı təkrar edirsən?”.



Həmin
adam etdiyi duanın səbəbini anlatmağa başlayaraq deyir: "Bir neçə il
bundan əvvəl maddi vəziyyətim o qədər də yaxşı deyildi. Birtəhər pul
toplayıb həccə gəldim. Kəbənin ətrafında təvaf edəndə ayağım nəyəsə
ilişdi. Əyilib gördüm ki, yerdə pulla dolu bir kisə var. Kisəni götürüb
içinə baxdım, kisədə min dinar pul vardı. Dərhal şeytan ürəyimə girib
mənə vəsvəsə etməyə başladı ki, pul kisəsini mənimsəyim. Amma vicdanım
məni təhrik edirdi ki, harama bulaşmayım. Içimdə qızğın mücadilə
gedirdi. Bu arada kənardan bir adamın car çəkdiyini eşitdim: "Ay camaat,
min dinar pul itirmişəm. Hər kim tapsa, ona otuz dinar verəcəyəm”.
Içimdəki şeytana qalib gəlib öz-özümə dedim: "Otuz dinar halal pul min
dinar haramdan daha yaxşıdır”. Pulu aparıb sahibinə verdim, o da mənə
otuz dinar bağışladı.



Vətənimə
dönəndə yol üstündəki şəhərlərin birində kölə bazarına girdim. Orada
otuz dinara yaraşıqlı və sağlam bir kölə satıldığını gördüm. Pulu verib
köləni aldım və özümlə şəhərimə gətirdim. Üstündən bir müddət keçəndən
sonra şəhərimizə bir dəstə varlı-hallı adam gəldi. Bir gün gördüm ki, bu
adamlar mənim köləmlə söhbət edirlər. Məni görəndə zəngin adamlar
söhbəti yarımçıq kəsib getdilər. Mən köləmdən soruşdum ki, bu adamlarla
nə barədə danışırdın? O da heç nəyi gizlətmədən söylədi: "Mən həbəş
hökmdarının öğluyam. Atamla qonşu padşahın müharibəsi zamanı əsir
düşdüm. Məni kölə kimi bazardan-bazara çəkdilər, axırda sən məni aldın.
Bu gördüyün adamlar atamın əyanlarıdır. Mənim yerimi öyrənib gəliblər.
Atam onlara əlli min dinar verib ki, məni satın alıb vətənimə
qaytarsınlar. Sən bu müddət ərzində mənimlə çox yaxşı davranmısan.
Istəyirəm ki, mən də sənə yaxşılıq edim. Bu adamlar sənin yanına
danışığa gələcəklər ki, məni səndən alsınlar. Məni əlli min dinara
onlara sat, qiymətdə güzəşt etmə”.



Hər
şey oğlanın dediyi kimi oldu. Mən onu əlli min dinar müqabilində həmin
adamlara satdım. Özüm də pulu alıb əlimdə sərmayə etdim, Bağdadda böyük
bir dükan açıb ticarətlə məşğul olmağa başladım. Bir gün dostlarımdan
biri yanıma gəlib dedi ki, məşhur tacirlərdən biri vəfat edib, qızı
himayəsiz qalıb. Dostum mənə təklif etdi ki, o qıza elçi düşüb evlənim.
Mən də həmin qızla ailə qurdum. Qız öz atasından qalan mirasla evimizə
köçdü. Gətirdiyi pullar min dinarlıq kisələrdə idi. Kisələrin hamısının
üzərində min dinar yazılmışdı, bir kisədə isə 970 dinar vardı. Səbəbini
soruşanda qız dedi ki, atam həccdə olanda bu kisəni itirib, sonra bir
halalzadə oğlan kisəni tapıb ona qaytarıb, atam da pulun üstündən otuz
dinar götürüb o oğlana verib. O gündən bu kisənin başı əskikdir. Mən
başıma gələnləri qıza danışdım. Hər ikimiz dünyanın işlərinə heyran
qaldıq və halallığın nə qədər mühüm olduğunu bir daha anladıq. O gündən
mən həmişə Allaha bu sözlərlə dua edirəm: "Ey düzgün bəndələrə yardım
edən, haramdan çəkinən bəndələri qoruyan Allah!”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!