Söz verirəm

Söz verirəm
Sevgi Dünyası
10.09.2017 14
Sənə,
yenə sənsiz bir gecənin qaranlıqlarından səslənirəm.Gecə hər
zamankindən daha səssiz, dörd divar arasında bir sən, bir mən varıq bu
otaqda.Yenə yuxu yoxdur gözlərimdə, elə bil başqa cür hüzn çökdü içimə,
tamam fərqli bir hüzn.Sən ağladığımı hiss edirsən deyə, sən
kədərlənirsən deyə, günlərdir ağlaya bilmirəm sevgilim, ağlaya
bilmirəm.Çox təkəm, sənsizliyə dözə bilmirəm. Bu gecə icazə ver mənə
sevgilim, icazə ver çox doluyam...

Bu gecə, hıçqıraraq ağlamaq istəyirəm!Bu gecə yanıma gəl! Sənə çox
ehtiyacım var, danışmağa o qədər çox şeyim var ki!Amma sənə söz veriəm,
üzməyəcəyəm səni yoxluğunda çəkdiyim ağrıları deyil, tökdüyüm gözyaşları
deyil......

təkliyimi, sənsizliyimi, səndən məhrum kimsəsizliyimi deyil, sənə olan
bitməz tükənməz sevgimi izah edəcəyəm sənə.Ağlayanda sən mənim
qollarımda, mən sənin qollarında ağlayacaqdıq axı!Söz vermişdin!

Gəl sevgilim, bu gecə yanıma gəl, çox ehtiyacım var sənə, qoxuna,
istiliyinə ehtiyacım var.Bu gecə tamam fərqliyəm, yenə səninlə keçən
günlərə getdi ağlım. Səninlə nə gözəl günlər yaşadıq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!