Aldadan bir daha aldadar mı?

Aldadan bir daha aldadar mı?
Sevgi Dünyası
10.09.2017 1
Son
zamanlarda  ayrılıq səbəblərindən ən başda gələni aldatmadır! İstər
kişi olsun istər qadın, nə səbəbə "aldadırlar" və aldatdığını düşünən
 əslində '' aldanandırmı''?

Kişilər cinsi, qadınlar romantik səbəblərdən ötəri aldadır!

Mütəxəssislərə
görə kişilərin əksəriyyəti cinsi baxımdan fərqli təcrübələr həyata
keçirtmək ehtiyacından və marağından, qadınlar isə romantik səbəblərdən
ötəri aldadırlar. Üstəlik bu davranış forması yeni bir problem deyil.
Dünənin kişi-qadın münasibətlərinin ən əhəmiyyətli mövzusu olan aldatma,
bu gün də cütlər arasında gündəm maddəsi olmağa davam edir.

Aldatma dəyincə ağıla kişi gəlir!

Maraqlıdır,
araşdırmalarda "aldatma" sözü deyilincə qadının da, kişinin də ağılına
əvvəl "kişi2 gəlir. Çünki kişi bu mövzuda potensial günahkar olaraq
qəbul edilir. Qadına isə bir çox adam aldatmağı yaraşdırmır.

İşin
 digər bir maraqlı yanı isə nigahlı cütlər arasında aldatma nisbətinin
subay cütlərə görə daha çox olduğudur. Əvvəlcə kişini müqayisə etsək,
 yenə mütəxəssislərə görə nigah üzüyünü barmağına taxan kişinin
testesteron hormonlarında eniş olur və özünü sübut etmək həyəcanını
canlı tutmağa çalışır. Bu da kişilərin aldatma nisbətlərinin niyə yüksək
olduğunun ən qısa yoldan dəlili olsa gərək!



Romantikmi, cinsimi?

Kişilər
daha çox işi romantikliyə çevirmədən, cinsiliyə söykənən aldatmalar
yaşayır. Çünki gizli görüşmələr, sürətli birlikdəlik  ona həyəcan verir
və bunu davamlı hala çevirirlər.

Bunun
əksini müdafiə edənlər olsa da, bəziləri kişilər üçün aldatmanın çox
təbii olduğunu, təsadüfən də olsa ayağına gələn şansı asan rədd
etmədiyini söyləyir. Kişilərdə aldatma səbəbləri arasında ilk sıranı
fərqli cinsi təcrübələr həyata keçirmək ehtiyacı çəkir. Bunu həyəcan,
dostlarına özünü göstərmə arzusu, aşiq olma, sərxoş olma, həyat
yoldaşıyla problemlərindən qaçma, özünü sübut etmə, cinsi istəyə qarşı
qoyamama kimi səbəblər izləyir.

Mühafizəkar ətrafda yetişənlər daha çox aldadır!

Edilən
bir araşdırmada, "ictimai quruluşda aldatmada əhəmiyyətli bir faktor
olaraq qarşımıza çıxır. Mühafizəkar bir ətrafda yetişmiş olmaq, tez
qurulan evlilik, yetkinlikdə sayca az qadın-kişi tanımış olmaq, görücü
üsulu evlilik də aldatma səbəbləri arasındadır.

Evlilik
əvvəli cinsi əlaqəyə girmək istəməyən qadınlar, kişinin məcburən başqa
qadınlarla əlaqəyə girməsini aldatma olaraq xarakterizə etmir.
Aldatmanın yanında gedən bir digər davranış isə intiqamdır. Intiqam üçün
aldatmağı qadınlar seçim edir.



Xoşbəxt olmayan  qadın aldadır!

Vəziyyətə
qadın baxımından baxıldığında isə sanki saat əqrəbləri tamamilə tərsinə
hərəkət edir. Qadın kişiyə nisbətlə daha çətin aldadır. Aldatdığı zaman
da duyğularıyla cəmiyyət təzyiqi arasında qarşıdurma yaşayır. Qadın
kişinin əksinə bir günlük bir əlaqədən çox, uzun davamlı və romantik
bağları qüvvətli bir əlaqə yəni eşq yaşamaq üçün aldadır.

Bədbəxt
qadının aldatma ehtimalının çox yüksək olduğunu ifadə edən
mütəxəssislər qadının aldatmasının da şəxsiyyətinə görə fərqlilik
göstərdiyiniz altını cızırlar. Qadınların aldatma səbəbləri arasında
bədbəxtlik, yeni partnyorunun ağıllı olması, təminsizlik, aşiq olma,
yoldaşın laqeydliyi, şəfqət həsrəti, özünü sübut etmə, ərindən intiqam
alma, karyera pillələrini sürətli dırmanma yer alır.

Mütəxəssislər nə deyir?: "Aldadan bir daha aldadarmı?"

Bir
dəfə aldadan birinin bir daha aldadıb-aldatmayacağı sualını anlamağa
çalışarkən, birdən çox uclu bir suala cavab çalışmış olarıq. Çünki cavab
cinsiyətimizə, yaşımıza, təcrübələrimizə, içində yaşadığımız
mədəniyyətin və dövrün quruluşuna görə dəyişəcək. Həqiqətdə aldatma
hərəkətinin adam üçün nə anlama gəldiyinə bağlı olaraq dəyişən bir
cavabımız olacaq.

Əgər
adam aldatmanın nəticəsində acı çəkmiş, həqiqətən peşman olmuş,
həyatında geriləmələr, itkilər yaşamışsa, aldatma hərəkətinin bir daha
təkrar etməyəcəyini gümanetmək olar.Çünki insanlar təcrübələrinin
nəticəsinə görə o həyatı yenidən həyatlarına soxmaq ya da soxmamaq
istiqamətində bir qərar verə bilərlər.



"Bir
dəfə aldatdı və bu bir vərdiş oldu" şəklindəki dünyagörüşü, maraqlı bir
şəkildə yenidən aldatmanın gizli qaynaqlarından biri kimi
dayanmaqdadır. Çünki əksəriyyətlə aldadılan həyatyoldaşı, dərin bir
etibarsızlıq hissi yaşamaqda, aldadılma özünün bir əskikliyi ya da
qüsuru kimi qəbul etməkdədir.

Bir
dəfə daha aldadılmamaq üçün daha möhkəm nəzarət etməkdə və fərqində
olmadan, aldadan yoldaşa onun 'sədaqətsiz bir quruluşu' olduğu şəklində
bir geri bildiriş verir. Halbuki təklifimiz; aldatmanın səbəblərini
anlamaq və varsa əlaqədəki problemləri açıq açıq dilə gətirməyin
tərəfdarıdır.

Aldadan kişini ələ verən davranışlar.

* Cib telefonuna daha çox mesaj gəlməyə başlamışsa və bunu "Bankın endirimli günləri, bezdim bu mesajlardan" deyə açıqlayırsa.

* Əvvəllər həftə sonları işləmir olduğu halda birdən şənbə günləri bitirməsi lazım olan təcili işlər ortaya çıxırsa.

* Sizə xitab şəkli yoxkən, birdən-birə "Sevgilim" deyə səslənirsə.

* Tanışlarının sayı gündən günə artırsa.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!