Söylə nədir,məni sənə sevdirən

Söylə nədir,məni sənə sevdirən
Sevgi Dünyası
10.09.2017 9
Sevəndə içdən, təmiz qəlblə sevəsən gərək. Sevgi adı kimi, özü
də, incə, zərif qəlbimizi incitməsəydi, yaxşı olardı. Hər kəs sevə
bilər. Sevgidə sərhəd olmur, bəzən yaşın da, fərqinə varmırıq. Biz
sevəndə kor oluruq, nədənsə...

Sevgimiz yolunda gedəndə, həyatımızda hər şey mükəmməl, əhvalımız
yaxşı olur. Ətrafımıza işıq saçırıq. Bəzən olur ki, sevgi ilə, ehtirası
səhv salırıq. Qarşımızdakı insanı sevdiyimizi anlayırıq, amma bu sevgi
olmaya da, bilər.

Sevgi yoxdur və heç vaxt olmayacaq desək, yalan olar. Əsrlər
boyu "Əsli Kərəm”, "Leyli və Məcnun”, "Xosrov və Şirin” bəs bunlar əsil
sevgi deyilmiydi?!

Sevgi olub, hər zaman da olacaq... Bəzən deyirik, zaman dəyişib.
Əvvəllər sevənlər belə deyildi. Əslində dəyişən bizlərik. Zaman elə
həminkidi...

Saf məhəbbət, təmənnasız bir-birimizə olan sevgimiz, bu artıq gözəl mənzərədir.

Bəzənsə, "sevəndə” belə desək, hər hansı umduğumuz, şeylər olanda, adını qoyuruq sevgi.

Sevgi sözünü hər an, hər dəqiqə dilə gətirsək, artıq süniliyə ,
qeyri-səmimiliyə aparır. Təbii ki, əsil sevgidirsə, onu dilə gətirməsən
belə, gözlərdən oxumaq olur. Sevməyə hər zaman haqqımız var fikrini
beynimizə və ya dilimizə gətirdiksə, bax bu zaman bir çox səhvlərə yol
verə bilirik.

Sevgi gələndə xəbər etmir ki, mən gəldim.

Səssiz-səmirsiz, gözləmədiyimiz bir anda gəlib qarşımıza çıxır.
Sevərkən artıq özümüzü unduruq. Yalnız sevdiyimiz insanı düşünürük.

Kim deyir ki, sevginin ömrü 3 ildir,yanlış fikirdir... Sevgi
uzunmüddətli də, ola bilər. Əgər bir insana olan sevgin tez bitirsə,
demək günah onun özündədir.

Sevgi təkcə bir insanın deyil, hər iki tərəfin bir-birini
sevməsidir. Sevgi pulla, hər hansı bahalı hədiyyələrlə ölçülmür. Bir
insanı olduğu kimi istəmək, bax bu əsl sevgidir. Heç bir zaman
sevdiyimiz insanı dəyişməyə çalışmayaq. İnsanı olduğu kimi sevməyi
bacaraq. Sevmək gözəl hissdir. Hər insan da əsildən sevə bilmir. Əgər bu
hiss sizdə varsa, demək xoşbəxt insansınız.

Biz sevəndə nəyə görə sevirik sualına cavab tapa bilmiriksə, deməli həqiqətən sevirik.

Bu yerdə gözəl şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindən bu misralar yadıma düşdü...

Sorursan ki, söylə nədir, məni sənə sevdirən?

Necə verim cavabını, heç bilmirəm, necə mən.

Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,

Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən...



Söylə nədir, məni sənə sevdirənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!