Münasibətlərinizi canlı tutmağın 6 yolu

Münasibətlərinizi canlı tutmağın 6 yolu
Sevgi Dünyası
10.09.2017 7
Aşiq olduğunuz zaman hər şey əla görünür. Buludların üstündəymiş kimi
hiss edirsiniz, problemləri görmür ya da görməzdən gəlirsiniz.
Qarşınızdakının özünəməxsus hərəkətlərindən çox təsirlənir, heç
dəyişməməsini istəyirsiniz. Ancaq bir az vaxt keçdikdən sonra sanki
gözlərinizdəki pərdə qalxır və real həyata dönürsünüz. Balaca
mübahisələr böyük davalara çevrildikdə özünüzü içindən çıxılmaz bir
vəziyyətdə tapır və bir anda çıxıb getməyin həm çətin, həm də səhv
olduğunu başa düşürsünüz. Buna görə də münasibətlərinizi və eşqinizi
canlı tutmağa çalışmalısınız. Biz sizə bu barədə bir neçə tövsiyə
vermişik. Bunlara əməl etməklə münasibətlərinizi canlı tuta və daha uzun
müddətli olmasına şərait yarada bilərsiniz.



1. Münasibətiniz hər şeydən öndə olsun

Münasibət
irəlilədikcə fərqində olmadan sevgilinizə qarşı marağınız azalır və onu
daha arxa plana atdığınızı görürsünüz. İlk tanış olduğunuz vaxtlarda
onunla görüşmək üçün hər fürsəti dəyərləndirirdinizsə, vaxt keçdikcə
işdən yorğun çıxdığınız üçün tək istəyiniz bir an əvvəl evə gedib
dincəlmək olur. Hətta bəzən elə olur ki, gün ərzində onunla demək olar
ki, danışmadığınızı da müşahidə edirsiniz. Bəzən də ona ayırdığınız
vaxtı uşaqlarınız və ya dostlarınızla keçirdiyiniz vaxtla dəyişirsiniz.
Lakin münasibətinizdə çox balaca bir tərslik olduqda bu, bütün
həyatınıza yansıyır. Buna görə də münasibətiniz yaxşı və qaydasında
gedərsə, həyatınız da yaxşı olacaq deməkdir. Həyatınızı sadəcə
münasibətiniz üzərində qurun demirik, ancaq sevdiyinizi əsla ikinci
plana atmayın.



2. Ən yaxın dostu olun

Kişilərin
qadınlara görə daha az danışdıqlarını hamımız bilirik. Ancaq bir
problemlərindən bəhs etdikləri zaman onları diqqətlə dinləyin. Davamlı
olaraq "haqlısan” demək əvəzinə probleminə həll tapmağa çalışın.
Beləliklə, onun sadəcə sevgilisi deyil, eyni zamanda ən yaxın dostu
olun.



3. Sevginizi bildirməkdən çəkinməyin

Qadınların
sevgi etiraflarını xoşladığı qədər kişilər də sevginizi bildirməyinizi
xoşlayırlar. Yorğun keçən bir günün sonunda onu sevdiyinizi deməklə onun
bütün yorğunluğunu çıxartmasına kömək olarsınız. Həmçinin, onun sevdiyi
bir yeməyi bişirə bilər və ya şirniyyat hazırlaya bilərsiniz. Sevginizi
göstərməyə davam elədiyiniz müddətdə onun da sizi sevdiyini daha çox
hiss edəcək və görəcəksiniz.



4. Fərqli həyatlarınız da olsun

Onu
çox sevdiyiniz üçün onunla daha çox vaxt keçirmək istəyə bilərsiniz.
Ancaq belə bir söz var "çox məhəbbət tez ayrılıq gətirir”. Paylaşmaq
gözəldir, lakin hər şeyi bərabər etməlisiniz deyə bir qayda da yoxdur.
Sevgiliniz və ya həyat yoldaşınız dostlarıyla vaxt keçirmək, çayxanada
oturmaq və ya futbola getmək istədikdə razılıq verin. Həmçinin siz də
vaxtınızı öz dostlarınızla keçirin, idmana və ya yoqa dərsinə gedin.
Beləliklə, danışacaq mövzunuz da çox olacaqdır.



5. Birlikdə vaxt keçirin

Birlikdə
eləməyi xoşladığınız fəaliyyət növlərindən əl çəkməyin. Münasibətiniz
irəlilədikcə bunları sonlandırmaq yerinə münasibətinizi canlı tutmaq
üçün ortaq zövqlərinizi həyata keçirməyə davam edin. Ancaq bunu da
normasında eləmək lazımdır.



6. Sürprizlər edin

Hər
zaman qadınların balaca hədiyyələri, kiçik sürprizləri xoşladığı
bilinir. Ancaq qadınlar qədər kişilər də sürprizləri və hədiyyələri
sevir. Həmçinin, bunun üçün xüsusi bir günün olmasına ehtiyac yoxdur.
Özünüzə paltar almağa getdiyiniz zaman onun üçün də nəsə alın. Bu, onu
nə qədər çox düşündüyünüzü, həmişə yadınızda olduğunu göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!