Namazda olan ana və odda yanmayan körpə

Namazda olan ana və odda yanmayan körpə
Sevgi Dünyası
10.09.2017 6
"Həzrət İsanın (ə) zamanında saleh və mömin bir qadın var idi. O,
namazın vaxtı çatan zaman bütün işlərini buraxır və namaz qılırdı. Bir
gün qadın çörək bişirən zaman namazın səsi gəlir. Qadın çörək bişirməyi
buraxıb, namaz qılmağa başlayır. Namaz qılan zaman şeytan ona vəsvəsə
etməyə başlayır: "Sən namazdan ayrılana qədər çörəklərinin hamısı
yanacaqdır”. Qadın qəlbində ona cavab verir: "Bütün çörəklərin yanması
Qiyamət günü bədənimin yanmasından daha yaxşıdır”.

Şeytan ikinci dəfə vəsvəsə edir: "Oğlun təndirə düşüb, yanır”.
Qadın qəlbində cavab verir: "Əgər Allah-Təalanın qəzası budur ki, mən
namazda olum və oğlum dünya atəşində yansın, mən bu qəzaya razıyam.
Namazdan ayrılmayacağam, Allah oğlumu atəşdən qoruyar”.

Qadının əri evə gəlir. Arvadını namaz qılan halda görür. Çörəkləri
təndirdə görür ki, yanmamışdır. Körpəsi isə atəşlə oynayır və başının
bir tükü belə yanmamışdır. Allahın qüdrəti ilə atəş onun üçün bağ-bağça
olmuşdur.

Qadının namazı bitən zaman əri arvadının əlindən tutur və onu
təndirin yanına gətirir. Qadın görür ki, çörəklər yanmamışdır və övladı
salamatdır. Kişi çox təəcüb edir və Allaha şükür edir. Qadın da şükür
səcdəsi edir.

Kişi oğlunu götürüb Həzrət İsanın (ə) yanına gəlir və əhvalatı ona
nəql edir. Həzrət İsa (ə) buyurur: "Get atvadından soruş ki, Allahla nə
alış-veriş etmişdir və Allahla nə sirri vardır?”

Deyir:

-Axirət işini dünya işindən önə atdım.

- Heç bir zaman təharətsiz olmamışam.

- Nə zaman ki, namazın vaxtı olurdu, bütün işlərimi atıb namaz qılırdım.

- O kəs ki, mənə cəfa çəkir və məni təhqir edirdi, qəlbimə onun kinini salmırdım. Ona cavab vermir və Allaha tapşırırdım.

- İlahi qəzaya razı olmuşam.

- Allahın əmrinə itaət etmişəm.

- İnsanlara rəhimli olmuşam.

- Zöhr və gecə namazını tərk etməmişəm.

Həzrət İsa (ə) buyurur: Əgər bu qadın kişi olsaydı, peyğəmbər olardı”.

Həzrət İbrahimin (ə) və Həzrət Musanın (ə) odda yanmamaq mövzusu
Quranda da zikr edilmişdir. Hər kim bütün varlığı ilə Allaha təslim
olarsa, Allah hər müşkülünü onun üçün asan edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!