Qeyri-adi görüş

Qeyri-adi görüş
Sevgi Dünyası
10.09.2017 10
08.07.1972...
Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4
napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində
qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut
orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini
çəkdi.Vyetnam müharibəsinin simvol şəkillərindən biri olan acı dolu
foto(( Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız)
Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı
dünya ictimaiyyəti qarşısında "məhkum edirdi". 

1982-ci
ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun
axtarışlardan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün bədəni
yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin
yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan
ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu
ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi
bir-birinə yapşmış, sol əli sümüyünə kimi yanmışdı.

İllər
sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Üstəlik o,
Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçmüşdü. Astma və şəkərdən
əziyyət çəkir, tez tez miqren sancıları keçirirdi. Hələ də bədənində
sağalmamış yaralar var idi. 

1996-cı
ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim
keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka çatdı.
Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim,
yəqin ki, ona "Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim. Deyərdim və
sonra da əlavə edərdim: " Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi
dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün..."

Kim
Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə
kağızı göndərən adamı göstərdi. Kim Fuk istər istəməz kağızı göndərən
adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim Fuka
baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot
mənəm!" sözləri yazılmışdı.

Bəli,
o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan
təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə
gələ bilməmiş və o kiçik qızın şəklini cibində gəzdirmişdi. Kim bir
anlıq pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı...

Sizcə hansının yarası daha dərin idi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!