İki gözüm...

İki gözüm...
Sevgi Dünyası
10.09.2017 8
- Bir zamanlar biri varmış. Evimə, axtarış aparmaq adıyla girib, qarnını
doyuzduraraq gedən məmur kimi, yalançı biri. Çox sərt baxışı var idi,
gülüşümü aparanın. Gedişindən sonra, nəm qoxusu əskik olmadı
yanaqlarımdan. O küçədən keçməyə üzüm gəlmir, hələdə borclu qalmışam
səkilərə. Şəhərə də çıxa bilmirəm, külək üstümə gəlir,gün işığı üstümdən
qaçır və hər yer "sən" qoxur. Yeganə şizofrenəm ki, gözüm səndən başqa
heç bir canlını görmür. Yeni ilə, köhnələrlə girən insanam, məndə heç
bir səliqə gəzmə. Göz qapaqlarımın iç tərəfində adın yazılı, gözlərindən
öpdüyüm. Hələdə məndən incik düşmüş,

- Bağışla məni iki gözüm.

- Çox günaha təhrik etdim səni, mənim üzümdən ürəklədə yolun ayrı düşdü. Əvvəldən söyləmişdim sənə, gördüklərini ona söyləmə,

- İki gözüm.

- Ruhum dırnaqları ilə, bədənimin sol tərəfində "sən" adlı bir ağrıya
meydan oxuyur. Səni nə mən, nədə ruhumun küncündə uyuyan körpə bağışlar
oldu. Gözüm sən dadır hər şeyi, gedişin bəla, gəlişin bəla, bir şeyin
xoş olsa ölərdinmi qadın?!

- Yaşayırmışsan kimidə yazıram utanmaz-utanmaz. Ağlım da gedib, sən daşındığın gündən. Səni o gün, o yerdə görməməliydim.

- Bağışla məni iki gözüm.

- Sənə görə sevdiyim şəhəri, tərk edirəm bu gün. Nə qədər aciz
olduğumu göstərmək üçün deyil, nəcə birinə çevrilidiyimin şahidi olman
üçün bəstələdim bu sətirləri. Bu yazını yazmaq üçün, şeytanla saziş
bağladım. İndi sənə nifrət edən tək mən deyiləm. Səni görməmək üçün
Allaha , sənə nifrət etmək üçün şeytana dua etdim.Məhv olmuş bir caniyə
çevirdiyinin fərqində belə olmadın, qoyub gedərkən. 

- Məni bağışla Yaradanım, birdə iki gözümü...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!