Qızından atasına məktub

Qızından atasına məktub
Sevgi Dünyası
10.09.2017 18
Salam ata sənə deyiləsi o qədər sözüm varki.Heç bilmirəm hardan
başlıyım.Bilirəm sən bu məktubu heç oxumuyacaqsan.Heç sən məni həyatdada
görməyəcəksən.Ürəyim boşalsın deyə yazıram.Gəl başdan başlayaq əslində
başladığımız məqamdə bitdi hər şey..Getdiyin gün dünən kimi yadımdadır
ata..Qonaq otağımıza iki qapıdan giriş var idi biri mətbəxdən,biri isə
dəhlizdən.Sən anamla mübahisə etdin dəhlizə çıxdın..Sonra mən qonaq
otağında sənədlərini toplayanda.-Ata gedirsən?Nə vaxt gələcəksən?Deyə
soruşdum...Sən məni qucaqladın və gələcəm dedin..Mən sənin
"gələcəm"sözünü heç vaxt unutmadım..Hər gecə yatanda dua edirdim
qayıtmağın üçün..Bir dəfə elektriklər kəsilmişdi..Anam bizi başına
toplayıb səndən danışırdı.Çünki,biz səni 3-4 ildən bir
görərdik.Uşaqlığımızda səninlə birgə keçirdiyimiz günlərdən
danışırdı.Yadındadırımı ata..Bir dəfə bizə gəldin..Qapı təsadüfən açıq
idi..Səni görəndə sevincimizin həddi-hüdudu olmadı.Sən sonuncu dəfə
gedəndə..Sanırdım ki,yenə gələcəksən..Ona görə Allaha dua edirdim ki,nə
olar atam gəlsin..Bina evində yaşayırdıq..Hər dəfə maşın səsi eşidəndə
elə bilirdimki,atamdır..Maşından düşəcək,pilləkənlərlə qalxacaq,əlindəki
çantanı yerə qoyacaq və qapı döyüləcək..Hər dəfə başqa qapı döyülürdü
və ən acı verəndə hər dəfə ümüdlə bizim qapımızın döyüləcəyini gözləmək
idi..Anamdan soruşurdum atam gəlmiyəcək deyə..?Bir dəfə anamla xalamın
söhbətini eşitdim..Bir daha geri dönməyəcəyini öyrəndim.Günlərlə xəstə
qaldım o gündən sonra...Ailə qurmayacağıma söz verdim..Çünki,inanırdımki
ailə qursam yoldaşım məni atacaq,ailəm dağılacaq..Sonra böyüdüm
artıq..18 yaşım oldu..İnsanların taleylərinin fərqli olduğunu dərk
etdim.Oxumaq istəyirdim..Amma,maddi vəziyyətimiz çox ağırlaşdı..Səndən
sonra çox çətun böyüdüm mən..Son dəfə gördüşdüyümüz günü xatırlayıranmı
ata..?Sən məni evindən qovdun.Anan kimi olacaqsan dedin..Anama olan
hirsini,kinini məndən çıxdın..Amma ata dediyin oldu..18 yaşıma
gəldim.Elçi gəldi mənə..Mən razı deyildim..Amma anam "səninlə heç kəs
ailə qurmaq istəməz"deyib məni məcburla məndən 15-20 yaş böyük birisiylə
ailə qurmağa vadar etdi..Ailə qurdum..Ancaq alınmadı..Gənc yaşımda dul
qaldım..Mən uşaq olanda hər kəs anana oxşuyursan deyərdi..Ancaq anam
"bəxti oxşamasın"deyərdi..Mən özümə söz vermişdimki mənim qızım olsa
"bəxtidə-gözəlliyidə" mənə oxşasın deyəcəkdim..Alınmadı..Ata və ana siz
mənə bu dünyada nə bəxş etdiniz axı..?!Ata mənim sənlə 10 ildi əlaqəm
yoxdur..Ancaq sosial şəbəkədə övladlarınla əlaqən var?Deyənlərə necə
"bəli" cavab verirsən.?Anamı və səni heç vaxt bağışlamayacam..İkinizdə
həyatımı məhv etdiniz..Bilirəm,düzgün deyil ancaq bağışlamayacağam.Siz
mənə böyük bir həyat dərsi oldunuz..
P.S:Bu həyat hekayəsinə yaxın bir insanın xaişi ilə sayta
yollamışam.Oxuyan şəxslər digər userlərin xəbərlərində görübdə
yayımlayıb deyə bir fikrə qapılmasınlar..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!