Mən yoxam,ürəyim yoxdu!

Mən yoxam,ürəyim yoxdu!
Sevgi Dünyası
10.09.2017 10
İçimdə bir ürpərti gəzdi oxuduqca yazılanları. Gedən getmişdi necə olsa,
ya ardında qalan Yaralı ürək. Gözlərimin içinə bax, görəcəksən təkliyi,
kimsəsizliyi. Ağlaýan gözlər mənim deyil yarım qalan eşqin göz yaşları
onlar. Bir uşaq gətirmişdim illər əvvəlindən bu günə. Sən yanımda
olduqca o uşaq həmişə ortaya çıxırdı. Sen gedince onsuz da kimsə
yox.Dəli bir kimsəsizlik başladı yağışla birlikdə az əvvəl. Hər damlada
daha da əksildi sevgi deyilən boşluq, düşən ilk damla özümə olan sevgimi
sildi asanlıqla, Sonrakı həyat sevincini, bir Sonrakı Dostluq duyğumu
... Belə sürüb getdi yağış, sel olub axan duyğularımın sonra baxa qaldım
yalnız.Bir səs eşidildi buludlardan, hər ayrılan damlaya getmə deyirdi
parçalanmış bulud.
Getme çünki Sən getdikcə mən əksilirəm. .. Yenə gələrəm deyə cavab verdi
yağış damlası buluda, Günəşli günlər fərqində olmadan məni sənə
gətirər, maraqlanma qovuşarıq yaxında. Getme dedi bulud; döndüyündə
tapacağın bulud mən olmayacağam çünki. Bax sən getdikcə azalıram, hər
damla məni parça-parça bölür.Dinləmədi yağış damlası bilinməz, naməlum
çəkilişinə qapılmış, gözü görməz olmuşdu ardında qalan solan həyatı.
Getməliyəm dedi son bir səylə xilas buluddan, getməliyəm nə olur anla
yeni həyatlar məni gözləyir. Sən başının çarəsinə necəsə
baxarsan.Qısılan səsinə baxmayaraq bir cümləlik güc tapa bildi bulud
özündə. "Səni təxmin edə bilməyəcəyin qədər çox sevirəm, sənsizlik çox
canımı ağrıdır. Getmə ..."
…..Getdin ,məni bir başıma kimsəsiz buraxdın yox olmaq üzrə…Və yox oldum
..İndi gəlincə hansı MƏNİi istəyirsən?...Artıq mən belə özümü
itirdim….Bil ki; Sevməkdən imtina etmədim Səni,bil ki səninlə birlikdə
sevdanıda daşıyacaq ürəyə sahibəm..Ama,o ürəkdə mənimlə birlikdə
itdi….Mən yoxam,ürəyim yoxdu!.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!