Susarsan...

Susarsan...
Sevgi Dünyası
10.09.2017 19
Susarsan
bəzən... Çünki sussan canının yanmadığını düşünərsən, amma susduqca
daha çox yandırarsan. Düşünərsən, düşündükcə içinə qapanarsan. Nə yağan
qar vecinə olar, nə də ki, soyuq. Sən sadəcə bir boşluğu və bu boşluğun
içindəki özünü axtararsan.... Susarsan bəzən... Çünki ağlamaq, ağladıqca
ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini
düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan, çox axtararsan, amma
nəyi tapdığını, nəyi itirdiyini bilə bilmərsən... Susarsan bəzən...Çünki
nə var, nə yoxsa, danışmaq istəmərsən. 

İçindəki
gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir "ah"
düşər içinə... Böyüyər, böyüyər böyüyər... Böyüdükcə sən min parçaya
bölünərsən, bəlkə. Amma susarsan. Yənə susarsan. Susarsan bəzən... Çünki
min cümlə düşər içinə, min dərd düzülər ürəyinə... Min dərd bir səs
etməz. Susarsan yenə.. Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi
"heç" olmuş kimi... Susarsan... Susarsan bəzən...Çünki boşluq buraxmaq
istəyərsən. Canın nə qədər yansa da, ifadə edə bilmərsən. Sən onun
ürəyində kilidli qalarsan, o da sənin mənliyində. Min kəlimə olsa da,
bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heç nə bölə bilməz... 



Susarsan...
Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya
bilməzlər, bəlkə də, izah edə bilmərsən. Qaçarsan insanlardan, amma yenə
özündən
qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkən də,
açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heç nə
olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan...
Susarsan bəzən...Çünki səni nə qədər incitsə də bağışlayarsan. Həmişə
keçməyə çalışarsan, o xoşbəxt olsun deyə həmişə gülərsən, amma içində
qan ağlayarsan... Onun səhvlərini görməməzlikdən gələrsən, nə qədər acı
versə belə yenə də imtina edə bilmərsən... İncitməkdən qorxarsan,
istəmərsən canı yansın... Kömür kimi közərsən də sönərsən. Susarsan...



Müəllif: Elvir Onurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!