Kiprik uclarına qədər aşiq olduğunuz biri varsa, unutmaq sözünü unudun

Kiprik uclarına qədər aşiq olduğunuz biri varsa, unutmaq sözünü unudun
Sevgi Dünyası
10.09.2017 5
Sabah Namazında işığı yanan evlər qədər gözəlsən sevgili. Mənə, səni sevməkdən başqa çarə buraxmadın.



Saçlarında bir sehr var sanki. Toxunduqda başqa başqa aləmlərə açılan qapılar, 

heç eşitmədiyim melodiyalar. Oxumadığım kitablar və daha nə gözəl şeylər var

sənin saçlarında. 

Dediyim kimi, sənin saçların 'bayram yeri' kimi. 

Sən və saçların, tərəfimdən çox sevilirsiz. Gözəl gözlərindən öpürəm.



Gözlərin
deyirəm qadın. Gözlərinin toxunduğu hər yer məmləkətim, bax. Bax ki
uzanmasın qürbətim, əsarətim. Araf'ımın hər yanında səsin, ətrin. Ey
sevgili, bu gün 'Mövlana mənəm Şəms isə sən'. Gəl, eşq'in odunda
canımız, can parəmiz yansın.



Adın
sevgili deyə yazılıbsa ömrümə, getmə. Mən istəmədiyim müddətcə
sevgimdən o tərəfə gedə bilmərsən. Bəlkə də dua'yıq bir birimizə. Yarıda
buraxmayaq 'haramdır' 



Kiprik uclarına qədər aşiq olduğunuz biri varsa, 'unutmaq' sözünü unudun.



Daha da sevmək, sevdikcə yox olmaq sonranın işidir. 

Ən çətini, qurtarmaz dediyi eşq'dən əsər əlamət qalmadığına şahid olan bir qadını,

yenidən eşq'ə inandırmaqdır.



Birdə sevgilini itirmək qorxusu olmaya, ama var. Hər düşüncədə onu itirmək qorxusu. 

Nə olacaq, necə olacaq deyə gözünə son dəfə baxırmış kimi baxmaq. 

Qoxusunu içinə çəkmək dura dura, qorxusunu gözə almaq.



Allah səcdəyə sürülmüş bir alına, ən gözəl şeiri 'qismət' deyə yazar.

Sən ki mənim səssiz etdiyim dua'msan. Necə olar da istəmərəm səniAllah'dan..



Səni
gördüyüm gün, sanki kimsə mənim üçün dua edibmiş. O qədər təmiz, o
qədər gözəl gəldinki mənə mən özümdən getdim. Əlini sevməyimdə də
kəramət var idi, çünki 'duamız bir, əndamımız bir'. Nur üzlü idi sevgi,
və bahar kimi gəldin bu səhra könlümə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!