Bu dünyanın adamı deyiləm

Bu dünyanın adamı deyiləm
Sevgi Dünyası
10.09.2017 30
Herman
Hesse Almaniyada dünyaya gəlsə də, həyatının böyük bir qismini
İsveçrədə keçirib. Yazıçı, şair kimi tanınan Herman Hesse rəssamlıqla da
məşğul olub. O, 1946-cı ildə Nobel mükafatına layiq görülüb.

 

Ölkəmizdə onun "Yalquzaq”, "Knulp”, "Demian”, "Muncuq oyunu” və "Siddharta” kimi məşhur əsərləri çap olunub.

 

*
İnsanların çoxu üzməyi öyrənmədən üzmək istəmir. Bu təbiidir, çünki
onlar üzmək üçün deyil, quruda yaşamaq üçün yaradılıb. Düşünmək
istəməmələrində də qeyri-adi heç nə yoxdur, çünki düşünmək üçün deyil,
yaşamaq üçün yaradılıblar. Bəli, kim düşünürsə, kim düşünməyi özünün
əsas məşğuliyyəti hesab edirsə, irəliyə gedə bilər…

 

* Öz başı ilə düşünə bilməyən və özünə hakim ola bilməyəcək dərəcədə rahatlığı sevənlər, qadağalara boyun əyərlər.

 

*...zövq alacağın bir şeyi etmək üçün  başqalarının icazəsinə ehtiyac duyursansa, deyərdim ki, həqiqətən, axmaqsan.

 

*
Bir insan kədərlidirsə, dişi ağrıdığı və ya pul itirdiyi üçün deyil,
hər şeyin reallıqda necə, həyatın necə bir şey olduğunu hiss etdiyi üçün
kədərlidirsə, deməli həqiqi kədərin dadına baxıb. Həmin vaxt o bir az
heyvana bənzəyir, o zaman kədərli görünür, amma bu kədər həmişəkindən
daha real və gözəl olur.

* Xoşbəxtliyi və ya müdrikliyi ilə öyünən və lovğalan insanlarda, əslində, bunun heç biri yoxdur.

 

* Hələlik insan səviyyəsinə çatmamışıq, sadəcə, insanlığa doğru gedən yolun üzərindəyik.

 

*…yumşaq bərkdən, su qayadan, sevgi zorbalıqdan güclüdür.

 

* Heç bir şeyin öyrənilməyəcəyini öyrənmək üçün xeyli vaxt sərf etmişəm və hələ də vaxt xərcləməkdə davam edirəm.

 

*
Biz bir insandan nifrət edəndə, əslində, öz içimizdə yuva salmış, ancaq
bu insanın görüntüsündə qarşımıza çıxan birindən nifrət edirik. Öz
içimizdə olmayan şey bizi əsəbiləşdirə bilməz.

 

*
Atadan uşağa burun, gözlər, hətta zəka da genetika vasitəsilə keçə
bilər, amma ruh əsla. Hər insan özündə yeni bir ruh daşıyır.

 

* Yazmaq yaxşı olsa da, düşünmək ondan da yaxşıdır. Ağıllı olmaq yaxşı olsa da, səbr etmək ondan da yaxşıdır.

 

* Bu dünyanın adamı deyiləm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!