Ümid çarəsizliyə çarədir

Ümid çarəsizliyə çarədir
Sevgi Dünyası
10.09.2017 11
Fәrqimiz,düşüncәlәrimizdir.Bizi hәyata bağlayan
addımlarımız,mübarizәmiz,qalibiyyәt vә mәğlubiyyәtlәrimiz.Kimi asan
yolla addımlamağı seçir,kimi dә maneәlәrlә dolu yoldakı vaxt
itkisini.Geriyә baxmadan irәlilәmәk,sürәti artırmaq,büdrәmәk vә
missiyamızı yerinә yetirmәk.Bunun üçün nәlәr lazım idi?Mәqsәd,
risk,cәsarәt,sәbr vә ümid.Platon demiş ki,şan-şöhrәtini itirsәn
dә,ümidini itirmә.Günәş hәr gün batır vә ertәsi gün yenidәn çıxır.

Ümid, çarәsizliyә yeganә çarәdir.

Vә biz nә qәdәr istiqamәtimizi dәyişsәk dә, külәk mәqsәdimizә yönәlәrәk
әsir.İnsanlar,hadisәlәr,bizi dәyişәn hәyat vә bu dәyişikliklә mübarizә
aparan bizlәr.Bir neçә il öncә,Varisin "Sonuncu ölәn ümidlәrdir "
әsәrini oxumuşdum.Vә kitab bitdikdәn sonra,hadisәlәri mәrhәlәlәrә
böldüm.Sevgilәr, ayrılıqlar, xәyanәtlәr, parçalanmış insan hәyatı.Vә
sonuncu ölәn ümidlәr.Bәzәn,gәlәcәyә iri addımlarla,sağlam getmәk üçün
güclü silah axtarırıq.Kimliyindәn asılı olmayaraq,çoxunu әzib
keçirik.Sonda isә hәmin silahın,özümüzdә olduğunu anlayırıq.Bәli,
ümidlәr..



Düşünә bilәn insan üçün hәr şey çox sadәdir.Duzu,suda hәll etmәk
kimi.Düşünmәyә tәnbәllik edәnlәr isә mәhlulun tәrkibini araşdırmadan
ondan istifadә edir.Biz dәrk etmәsәk dә,uçuruma bir addım
qalmış,ümidlәrimiz hәlә dә var olur.O addımı atmağı qәrara alsaq
da,sonda közәrәn ümidlәr,sanki hәr şey yaxşı olacaq kimi işıq saçır
könlümüzә.



Bәli,ümidlәr sonuncu ölür.Onu yaşadan isә bizlәrik..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!