Məni ən yaxşı dostum ölümdən xilas etdi

Məni ən yaxşı dostum ölümdən xilas etdi
Sevgi Dünyası
10.09.2017 16
Bir-birini
çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan,
meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan
birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir
şillə çəkir.

Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " bu gün ən yaxşı dostum mənə şillə vurdu " " Bu gün ən yaxşı dostum mənə şillə vurdu "  yazır və dostundan " " Məni niyə vurdun?" - deyə soruşmadan yoluna davam edir.

Dostların bitməz-tükənməz səyahəti səhrada davam edərkən şillə yeyib
inciyən dost qəflətən bir qum girdabına düşür. Əvvəlcə ona şillə vuran
dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl uzadıb onu
xilas edir.

Şillə vuran dostunun onu xilas etdiyini görən yolçu bu dəfə də bir daşın üstündə bıçaqla " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha şükür edir.

Bunu görən xilaskar dost isə sözlərin quma deyil, daşa yazılmasını heyrətlə qarşılayır və ona:

- Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!"
sözlərini qumda yazmışdın. Bu gün isə səni girdabdan xilas edəndə daşın
üstünə " Bu gün məni ən yaxşı dostum ölümdən xilas etdi!" yazdın. Bunun
səbəbini öyrənə bilərəm?  - deyə soruşur.

Dostu ona təbəssüm edib:

-
Sən mənə şillə vuranda qəzəblənmədən quma " Bu gün ən yaxşı dostum mənə
şillə vurdu!" sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın.
Məni girdabdan xilas edəndə isə" Bu gün məni ən yaxşı dostum ölümdən
xilas etdi" sözlərini daşlara yazdım ki, heç bir külək dostluğumuzu
silib aparmasın. Dostluğumuz əbədi olsun, - deyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!